Dəməşqdə qaçqın düşərgəsi bombalanıb, BMT-nin əməkdaşı ölüb

Dəməşqdə qaçqın düşərgəsi bombalanıb, BMT-nin əməkdaşı ölüb
05:22 15 Noyabr 2016
53 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Suriyanın paytaxtı Dəməşqin yaxınlığındakı Fələstin qaçqınlarının düşərgəsinə endirilən hava zərbəsi nəticəsində BMT-nin 52 yaşlı əməkdaşı Hüseyn Əli Möhsün həyatını itirib.
"Report" TASSa istinadən xəbər verir ki, bombalama nəticəsində onun 77 yaşlı əmisi ölüb, 12 nəfər yaralanıb.
İnformasiyaya əsasən, o, BMT-nin Fələstin qaçqınların yardım üzrə Yaxın Şərq agentliyində 24 ildir işləyirmiş. Hüseyn Əli Möhsünün 6 uşağı var.
Xəbərdə bildirilib ki, 2011-ci ildə münaqişə başlayandan Suriyada agentlyin 20 əməkdaşı silahlı qarşıdurmanın qurbanı olub. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/demesqde-qacqin-dusergesi-bombalanib-bmt-nin-emekdasi-olub

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR