Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

Alkoqolsuz alma sidri - FOTO

Alkoqolsuz alma sidri - FOTO

Date: 15 November 2016 07:05

Milli.Az alkoqolsuz alma sidrinin hazırlanma qaydasını təqdim edir

Tərkibi (6-8 pay): 

2 litr 100%-li alma şirəsi
1/2 fincan qəhvəyi şəkər tozu
1 alma
1 portağal 
2 ç.q. mixək
2 budaq darçın
1/2 ç.q. üyüdülmüş muskat cevizi
1/2 ç.q. ətirli istiot (ağ)

Almanı iki yerə bölün. Mixəkləri alma dilimlərinin üzərinə batırın. Portağalı fal-fal doğrayın (qabıqlı).

Alma şirəsini orta itilikli odda qızdırın. Qızan kimi şəkər tozunu qatıb əriyənədək qarışdırın. Digər ərzağı əlavə edin. Qaynara düşəndən sonra daha 15 dəqiqə bişirin. 

Alma, portağal, darçın çubuğu, mixəyi qazandan çıxarın. Sidri fincanlara süzüb süfrəyə isti-isti verin. 

Nuş olsun! 

Digər maraqlı reseptlər üçün Facebook səhifəmizə üzv olun.

Milli.Az 






Tags:  Alkoqolsuz alma sidri FOTO

RƏYLƏR


Top news