Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ühüd şəhidinin xalis duası necə qəbul olundu?

Ühüd şəhidinin xalis duası necə qəbul olundu?

Date: 15 November 2016 08:05

İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq ki, beş nəfərin duası qəbul olar ki, onlardan biri də Allah yolunda cihad edən kəsdir.

Əmr ibni Cəmuh o müsəlmanlardan idi ki, ixlasla yaşayırdı. O, ayağının axsamasına baxmayaraq, cihada yollanır və deyir: "Allahım, məni ailəmə qaytarma".
Milli.Az deyerler.org-a istinadən bildirir ki, Əmrin dörd igid oğlu var idi ki, dördü də cihadda iştirak edir və şücaət göstərirdilər. Əmr o vaxta qədər ayağının axsamağına görə cihada gedə bilmirdi. Çünki ayağı xəstə olduğu üçün şəri cəhətdən cihaddan üzrlü idi. O zaman ki, silahını götürüb döyüşə getmək istəyir, qohumları onu bu işdən çəkindirməyə çalışırlar. Deyirlər ki, sən üzrlüsən və dörd oğlun cihadda iştirak edir. Ona görə də sənin orada olmağına ehtiyac yoxdur.
O, isə cavabında deyir: "Necə ki, oğlanlarım əbədi səadəti arzulayırlar, mən də arzulayıram. Onlar gedib şəhid olsunlar, mən evdə qalım? Bu, mümkün deyildir".
Qohumlarından xilas olmaq üçün Həzrət Peyğəmbərin (s) xidmətinə gedir və deyir: "Ya Rəsulallah! Qohumlarım məni evdə həbs etmək istəyirlər. Məni cihadda iştirak etməyə qoymurlar. Allaha and olsun ki, bu axsaq ayağımla behiştə getmək istəyirəm".
Həzrət Rəsuli-Əkrəm (s) buyurur: "Ey Əmr! Sənin şəri üzrün vardır və Allah səni üzrlü bilmişdir. Sənin üçün cihad vacib deyildir". Əmr deyir: "Ya Rəsulallah! Bilirəm ki, mənə vacib deyildir, yenə də...". Həzrət (s) buyurur: "Mane olmayın, qoyun getsin. Şəhadəti arzu edir, ola bilsin ki, Allah nəsib etsin".
Ühüd döyüşünün ən tamaşalı səhnələrindən biri Əmrin etdiyi mübarizə idi. Axsaq ayağı ilə özünü düşmən ordusunu ortasına vurur və fəryad çəkir: "Behişti arzulayıram". Oğlanlarından biri atasının arxasında hərəkət edirdi. Bu iki nəfər o qədər müştaqcasına vuruşdular ki, nəhayət hər ikisi də şəhid oldu. Döyüş bitəndən sonra Mədinənin bir çox qadını şəhərdən çıxdı ki, döyüşdən agah olsunlar. Onlardan biri də Aişə idi. Aişə gördü ki, Əmrin həyat yoldaşı üç cənazəni dəvənin üstünə qoyub Mədinəyə tərəf gəlir. Ayişə soruşur: "Nə xəbər var?". Deyir: "Əlhəmdulillah! Peyğəmbər (s) salamatdır. O, ki, salamatdır, başqa qəmim yoxdur. Başqa xəbər də budur ki, Allah kafirləri qəzəblə dolu olduqları halda geri qaytarmışdır".
Aişə soruşur: "Bu cənazələr nədir?". O, deyir: "Bunlar qardaşımın, oğlumun və ərimin cənazələridir". Ayişə soruşur: "Hara aparırsan?". Deyir: "Mədinəyə aparıram ki, dəfn edim".
O, bu sözləri deyir və Mədinəyə tərəf hərəkət edir. Dəvə yükünün ağır olduğu üçün hərəkət edə bilmədi və yerə oturdu. Aişə dedi: "Heyvanın yükü ağırdır və çəkə bilmir". Əmrin yoldaşı deyir: "Yox, belə deyildir. O çox güclüdür, adətən iki dəvənin yükünü apara bilir. Ola bilsin ki, başqa səbəbi vardır".
Dəvəni Mədinəyə tərəf iki dəfə çəkdi, dəvə hərəkət etmədi. Elə ki, Ühüdə tərəf çəkdi, dəvə hərəkət etməyə başladı. Əmrin yoldaşı təəccübləndi, çünki heyvan Mədinəyə tərəf getmək istəmirdi, ancaq Ühüdə tərəf tələsirdi. Öz-özünə dedi: "Yəqin burada bir məsələ vardır". O, cənazələrlə birlikdə Ühüdə, Həzrət Peyğəmbərin (s) yanına qayıdır və deyir: "Ey Rəsulallah! Maraqlı hadisədir, mən bu cənazələri dəvəyə qoymuşam ki, Mədinəyə aparım və dəfn edim, onu Mədinəyə tərəf çəkirəm - itaət etmir. Ancaq Ühüdə tərəf yaxşı gəlir. Niyə?".
Həzrət (s) soruşur: "Ərin Ühüdə gələn zaman bir şey demişdi?". Əmrin yoldaşı deyir: "Ya Rəsulallah! Hərəkət edən zaman bu cümləni demişdi: "Allahım! Məni ailəmə qaytarma!"".
Həzrət (s) buyurur: "Bu şəhidin xalis duası yerinə yetmişdir. Allah istəmir ki, bu cənazə geri qayıtsın".
Hər üçünü də Ühüddə dəfn edirlər. Həzrət Peyğəmbər (s) üzünü qadına çevirib buyurur: "Bu üç nəfər o biri dünyada bir-birinin yanında olacaqlar".
Qadın deyir: "Ya Rəsulallah! Allahdan istə ki, mən də onların yanına gedim!".

Milli.Az


Tags:  Ühüd şəhidinin xalis duası qəbul olundu

RƏYLƏR


Top news