Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı ittiham edib

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı ittiham edib

Date: 15 November 2016 08:05

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.
 
"Mövcud  məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər", F.Bensuda qeyd edib.
 
Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.

Milli.Az


Tags:  Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı ittiham edib

RƏYLƏR


Top news