Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Obama Trampdan danışdı

Obama Trampdan danışdı

Date: 15 November 2016 08:12

"Komandam hakimiyyəti Donald Trampa səmərəli şəkildə təhvil vermək üçün işlərini sürətləndirməyə hazırdır".

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama keçirdiyi mətbuat konfransında deyib.
 
"Hakimiyyətin dinc şəkildə təhvili Amerika siyasi ənənəsinin mühüm hissəsidir. Düşünürəm ki, Donald Trampa vədlərini həyata keçirmək üçün müəyyən vaxt vermək lazımdır. Onun kadr siyasətini, təyinatlarını şərh etmək düzgün olmazdı. Xalq seçkilərdə öz sözünü deyib. Donald Tramp - növbəti prezidentdir. Hesab edirəm ki, Tramp bilavasitə prezident kürsüsünə əyləşəndən sonra bir sıra məsələlərə dair mövqeyini dəyişə bilər. O, özü buna lüzum olduğunu duyacaq. Sirr deyil ki, aramızda bir sıra məsələlərə dair fikir ayrılığı var. Ümid edirəm ki, Donald Tramp istedadını Amerika xalqının rifahı üçün istifadə edəcək. Trampla görüşümüzdə o, NATO ilə strateji münasibətlərin qorunub saxlanmasında maraqlı olduğunu bildirdi.  Biz ölkəmizi daha təhlükəsiz edən bütün öhdəliklərin yerinə yetirilməsinə sadiqik", deyə B.Obama bildirib.

Milli.Az


Tags:  Obama Trampdan danışdı


RƏYLƏR


Top news