Əlilliyin qiymətləndirilməsi qaydası dəyişdi - ŞİFRƏLƏNMƏ PROSEDURU

Əlilliyin qiymətləndirilməsi qaydası dəyişdi - ŞİFRƏLƏNMƏ PROSEDURU
08:13 15 Noyabr 2016
234 Ölkə
Ölkə mətbuatı
A- A+

Rayon və şəhər xəstəxanalarına yeni səlahiyyət verildi (20 Aprel 2017 23:03)
Şəhər və rayon mərkəzi xəstəxanaları əlillik dərəcəsi verəcək (20 Aprel 2017 17:19)

Nazirlər Kabineti “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”də dəyişikliklər edib.

Publika.az xəbər verir ki, Əsasnaməyə əsasən Azərbaycanda əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.

TSEK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müvafiq iş otaqları, tələb olunan ləvazimat və avadanlıqlarla təmin olunur. Şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. İndiyə qədər göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, “Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı” elektron xidmətini seçib, göndərişin və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin) nömrəsini tələb olunan sahəyə daxil edib. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurub. Dəyişikliyə əsasən bundan sonra göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (SERAS) ötürüləcək. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılacaq. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndəriləcək. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər.

İndiyə qədər TSEK müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edib. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilib və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilib. Məlumatlar TSERAS-a daxil edildikdən və təsdiqləndikdən dərhal sonra TSEK-in qərarı müayinə olunan şəxsə (yaxud, onun qanuni nümayəndəsinə) sədr tərəfindən elan edilib və bildiriş təqdim edilib. Dəyişikliyə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirəcək və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edəcək. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq ediləcək.

Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi hallarının sayı da artırılıb. Bundan sonra fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə əlilliyin təkrar qiymətləndirilməsinə cəlb ediləcək.

Dəyişikliyə əsasən bir sıra prosedurlar da ləğv edilib. Əgər indiyə qədər TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilibsə, bundan sonra bu, həyata keçirilməyəcək. TSEK-in müayinələrinə müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri də artıq dəvət olunmayacaq. (apa)

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

London aeroportunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

24 May 2017 08:47

Kompüteriniz üçün maraqlı şəkillər - FOTOSESSİYA

24 May 2017 08:47

Bakıda 80 yaşlı qadın oğlu tərəfindən qəddarcasına döyülüb

24 May 2017 08:47

Everestda 4 nəfərin cəsədi tapılıb

24 May 2017 08:43

Britaniyada terror təhlükəsi səviyyəsi kritik həddədir

24 May 2017 08:43

Polis Pastore və Di Marianın evində axtarış aparıb

24 May 2017 08:42

Abşeronda piyadanı maşın vuraraq öldürüb, sürücü qaçıb

24 May 2017 08:42

Avropa Liqasının finalı sükutla başlayacaq

24 May 2017 08:38

"Barsa"nın yeni baş məşqçisinin Arda Turan qərarı

24 May 2017 08:37

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

24 May 2017 08:32

Londonda ən yüksək terror təhlükəsi elan edilib

24 May 2017 08:27

Melanya Tramp yenidən ərini pis vəziyyətdə qoyub

24 May 2017 08:27

Ağ Ev: Terrorizmə qarşı koalisiya bütün dinlərin vəzifədir

24 May 2017 08:27

Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

24 May 2017 08:23

Traktor yanıb

24 May 2017 08:17

Venesuelada etirazlarda ölənlərin sayı 55 nəfərə çatıb

24 May 2017 08:12

Londonda terakt törətmək istəyən şəxs tutuldu

24 May 2017 08:04

Zəngə "alo" cavabı verməyən 12 ÖLKƏ - FOTOLAR

24 May 2017 08:03

Deputat: İslam Həmrəyliyi Oyunları islam dövlətlərində yüksək maraqla izlənildi

24 May 2017 08:01

Putin Filippin prezidenti ilə görüşüb

24 May 2017 07:57

Qozun bilmədiyiniz faydaları

24 May 2017 07:52

PROQNOZ: Bakıda mənzillərin qiyməti bahalaşa bilər

24 May 2017 07:50

Everest dağında 4 alpinistin meyiti tapılıb

24 May 2017 07:47

Futbol tarixinin ən gülməli qollarından biri - VİDEO

24 May 2017 07:42

ABŞ İŞİD-ə qarşı əməliyyat xərclərini artırır

24 May 2017 07:39

Uşaq üstündə məhkəmələri səs-küylü başladı

24 May 2017 07:37

Kasilyas "Liverpul"da?

24 May 2017 07:32

ABŞ bu sistemə 10 mlrd. dollar xərcləmək niyyətindədir

24 May 2017 07:28

Bu gün futbol üzrə Avropa Liqasının qalibi müəyyənləşəcək

24 May 2017 07:27

Qalmaqallı aktrisa oliqarxlar haqda filmə çəkiləcək

24 May 2017 07:22

Pikedən "Real"a mesaj var

24 May 2017 07:17

Toydan sonra ilk dəfə - FOTO

24 May 2017 07:12

Bülent Ersoy toyuq və keçi ilə eyni avtobusda

24 May 2017 07:09

""Mançester Yunayted" Qoliafa, bizsə Davidə bənzəyirik"

24 May 2017 07:05

Çində kömür şaxtasını su basıb: 6 ölü

24 May 2017 07:01

Tailandda seçkilər silsilə partlayışlar səbəbindən təxirə salına bilər

24 May 2017 06:57

Hindistanda çox geniş malikanə - FOTO

24 May 2017 06:32

Britaniyada asayişi hərbçilər qoruyacaq

24 May 2017 06:29

Ümumdünya Səhiyyə Təşkilatına yeni baş direktor seçildi

24 May 2017 06:28

Qətər xəbərlər agentliyinin saytını xakerlər sındırıb

24 May 2017 06:08

Filippinin cənubunda hərbi vəziyyət bir il davam edə bilər

24 May 2017 06:02

Fələstin İsraillə danışıqlara hazırdır

24 May 2017 05:59

Melanya Tramp yenə ərini pərt etdi

24 May 2017 05:39

Rusiyada məktəblilər Leninin heykəlini sındırıblar

24 May 2017 05:37

Yeni parfüm - FOTO

24 May 2017 05:32

Londonda ən yüksək terror təhlükəsi elan edilib

24 May 2017 05:22

Britaniyada terror təhlükəsinin səviyyəsi yüksəldi

24 May 2017 04:34

Cocuq Mərcanlıda tank əleyhinə mina və qumbara tapıldı

24 May 2017 04:33

Gözəl Emili - FOTO

24 May 2017 04:32

Ağ Ev: Terrorizmə qarşı koalisiya bütün dinlərin vəzifədir

24 May 2017 04:29