Arda Turan bu kluba transfer olacaq

Arda Turan bu kluba transfer olacaq
08:27 15 Noyabr 2016
225 İdman
Ölkə mətbuatı
A- A+

İngiltərənin dünyaca məşhur futbol klubu Liverpul, İspaniyanın Barselona klubunda forma geyən türk futbolçu Arda Turanı transfer edə bilər.

Milli.Az Trend-ə istinadən bildirir ki, Liverpulun baş məşqçisi Yurgen Klop klub rəhbərliyinə Arda Turanı komandasında görmək istədiyini deyib. Hətta iddia olunur ki, Klop transferin tez bir zamanda baş tutması üçün israr edir.

Qeyd edək ki, Arda Turan 2010-cu ildə hələ Qalatasarayın futbolçusu olarkən UEFA-nın rəsmi saytına müsahibəsi zamanı ən böyük xəyalının Premyer liqada oynamaq olduğunu söyləmişdi: "Premyer Liqada oynamaq mənim ən böyük xəyalımdır. Avropada Liverpulu dəstəkləyirəm. Bu klub məni həmişə özünə cəlb edib. Bir gün Liverpulda oynamaq istəyərdim".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489431.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR