Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib

Keçmiş MTN generallarının məhkəməsi davam edir (07 Mart 2017 15:08)
Əfqanıstanda hərbi vertolyot qəza enişi edib (24 Fevral 2017 05:27)
Əfqanıstanda hərbi bazalara hücum edən "Əl-Qaidə" lideri öldürülüb (20 Fevral 2017 06:32)

Tarix: 15 Noyabr 2016 08:38

Beynəlxalq Cinayət Məhkəməsi ABŞ ordusu və Mərkəzi Kəşfiyyat İdarəsini Əfqanıstanda hərbi cinayətlər törətməkdə ittiham edib.

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə illik ibtidai istintaqın nəticələri barədə hesabat verən BCM-nin prokuroru Fatu Bensuda bildirib.

“Mövcud məlumatlar ABŞ hərbçiləri, eləcə də MKİ əməkdaşlarının işgəncələrdən istifadə etdiklərini üzə çıxarıb. Amerikalılar lazımi məlumat əldə etmək üçün məhbuslara qarşı zorakılıq hallarına yol verib və qəddar rəftar ediblər”, F.Bensuda qeyd edib.

Onun sözlərinə görə, amerikalılar tərəfindən törədilən hərbi cinayətlərin əsas hissəsi 2003-2004-cü illərə aiddir.


Teqlər:  Beynəlxalq Cinayət Məhkəməsi ABŞ-ı Əfqanıstanda hərbi cinayətlərdə ittiham edib



RƏYLƏR


Top xəbərlər