Allah Təala İmam Hüseyn (ə) məclislərinə nəzm və təravət verir.
Məna aləmində Quran və Əhli-beyt (ə) - bir nurani həqiqətdirlər.
Ancaq maddə aləmində müxtəlif iki sifətə malikdirlər. Biri kitab
halında və o birisi isə insan halında. Eyni zamanda müstəqil iki
həqiqqətə malik deyildirlər. Ona görə İmam Əli (ə) Siffeyn
döyüşündə buyurmuşdu ki, Quranın naqiti mənəm. (Erfan)
O zaman ki, Quran Peyğəmbərə (s) nazil olur, onun nigarançılığı
Quranı necə tərtib edəcəyi olur. Allah Təala bu nigarançılığı onun
qəlbindən silib atır və buyurur:"Şübhəsiz, onu (sənin qəlbində) cəm
etmək, onu (sənə) oxumaq (və sənin camaata oxumağın) Bizim
öhdəmizdədir". ("Qiyamət" 17).
Bu ayədə Allah buyurur ki, Quranı tərtib etmək Mənim işimdir. Bir
nəfərin haqqı yoxdur ki, bir ayəni götürüb yerini dəyişdirsin. Bu
mövzu Seyyidi-şühəda (ə) əzadarlığı üçün da sadiqdir. Necə ki,
Allah Təala Quranın tərtib edilməsinə nəzarət edir, eləcədə də bu
məclislərin necə tərtib edilməsi Onun işidir.
Bütün Məsumların (ə), xüsusilə də İmam Hüseynin (ə) ən bariz sifəti
bu idi ki, özünü Allaha ehtiyaclı bilərdi, maddi və mənəvi
ehtiyaclarını Ondan istəyərdi. O, həyatının fərdi və ictimai
məsələlərində Allaha həmişə ehtiyac duyardı.
Allah Təala Quranda buyurur ki, Qiyamət günü insanın dünyada yerinə
yetirdiyi saleh əməllər qarşısında olacaqdır və heç bir əməli məhv
olmayacaqdır. İnsanın dünyada etdiyi saleh əməllərdən biri də İmam
Hüseynə (ə) əzadarlıq etmək və o Həzrətin (ə) məzlumiyyətinə göz
yaşı tökməkdir. Allah Qiyamət günü bu göz yaşlarını başqa bir nemət
şəklində bizlərə təqdim edəcəkdir.
Məsumlar (ə) buyurur ki, İmam Hüseyn (ə) üçün tökülən göz yaşı
Qiyamət günü üç surətdə təcəlli edəcəkdir:
1. Günahların bağışlanmasına səbəb olacaqdır.
2. İlahi rəhmətə çevrilib behişt surətində görünəcəkdir.
3. Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə) və Məsum İmamların (ə)
şəfaətinə nail olacaqdır.
İmam Hüseynə (ə) edilən əzadarlığın və ağlamağın səsi ərşə qalxar.
Heç bir səs onu söndürə bilməz. Bu gözəl səs yatan ruhları oyadar
və insan ruhunu təravətləndirər. İmam Hüseyn (ə) üçün ancaq onu
sevənlər və davamçıları göz yaşı tökmürlər, səmadakı mələklər də
ona göz yaşı tökürlər. Mələklər biz əzadarların məclislərində
iştirak edir və xüsusi bir nur ilə səmaya qalxarlar. Başqa mələklər
onlardan soruşarlar ki, bu nuru haradan əldə etmisiniz? Deyərlər
ki, Hüseyn (ə) məclisindən. Həmin mələklər Allaha tərəf uçar və
deyərlər: "Bizə də icazə verin, bir anlıq İmam Hüseynin (ə) əza
məclisində iştirak edək". Allah Təala buyurar: "Yer üzünə gedə
bilərsiniz və bu məclislərin nurundan bəhrələnə bilərsiniz. Əgər bu
məclis sona çatıbsa, bu məclisin qapı və divarına toxunun ki, həmin
nur sizə də parlasın".
Bəli, İmam Hüseyn (ə) əzadarlıqlarının o qədər fəziləti və nuru
vardır ki, biz insanlar ondan qafilik. Hələ ki, fürsət var, bu
məclislərdən geri qalmayaq və Həzrətin (ə) məzlumiyyətinə göz yaşı
tökək. Biz də bu nurdan bəhrələnək.
deyerler.org