Yeni Zelandiyanın baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib

Yeni Zelandiyanın baş naziri ABŞ-ın yeni seçilən prezidentinin telefon zənginə cavab verməyib
08:47 15 Noyabr 2016
113 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.
"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb.
"Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib.
İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.
Qeyd edək ki, noyabrın 13-də Yeni Zeılandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib. 

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/yeni-zelandiyanin-bas-naziri-abs-in-yeni-secilen-prezidentinin-telefon-zengine-cavab-vermeyib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR