Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib

Gömrükdən keçirilən mal və nəqliyyat vasitələri üzərində nəzarət gücləndirilir (28 Fevral 2017 18:05)
Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün qaydalar dəyişdi (11 Fevral 2017 10:33)
Sürücülük vəsiqələrinin verilməsi qaydasında DƏYİŞİKLİK (11 Fevral 2017 10:29)

Tarix: 15 Noyabr 2016 08:47

Azərbaycan Prezidenti İlham Əliyev "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" 2016-cı il 30 sentyabr tarixli qanunun tətbiqi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, qanunun 33-cü maddəsinin (Nəqliyyat vasitələrini idarəetmə hüququ) II hissəsində aşağıdakı dəyişikliklər edilib:
 
1. 4-cü bəndə "19 yaşdan" sözlərindən sonra "("B" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə bir ildən az olmamaq şərtilə)" sözləri əlavə edilsin.
 
2. 5-ci bənddən ", "CE" və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini" sözləri çıxarılsın.
 
3. Aşağıdakı məzmunda 5-1-ci və 5-2-ci bəndlər əlavə edilsin:
 
"5-1) "CE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 21 yaşdan ("C" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);
 
5-2) "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 23 yaşdan (65 yaşadək və avtonəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə beş ildən az olmamaq şərtilə);".
 
4. 6-cı bənd aşağıdakı redaksiyada verilsin:
 
"6) "DE" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarəetmə hüququ - 26 yaşdan (65 yaşadək və "D" kateqoriyasına daxil olan nəqliyyat vasitələrini idarə etmək sahəsində təcrübə üç ildən az olmamaq şərtilə);".
 
5. Səkkizinci abzas ləğv edilsin və doqquzuncu abzas səkkizinci abzas hesab edilsin.

Milli.Az


Teqlər:  Azərbaycanda nəqliyyat vasitələrini idarəetmə hüququnda dəyişikliklər edilib



RƏYLƏR


Top xəbərlər