Azərbaycanda əlilliyin qiymətləndirilməsi qaydası dəyişdi

Azərbaycanda əlilliyin qiymətləndirilməsi qaydası dəyişdi
08:57 15 Noyabr 2016
181 Ölkə
Ölkə mətbuatı
A- A+

Nazirlər Kabineti "Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə"də dəyişikliklər edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, Əsasnaməyə əsasən Azərbaycanda əhaliyə göstərilən tibbi-sosial ekspertiza xidməti tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir.
 
TSEK Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müvafiq iş otaqları, tələb olunan ləvazimat və avadanlıqlarla təmin olunur. Şəxslərin TSEK-də əlilliyinin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. İndiyə qədər göndərişin rəsmiləşdirilməsi barədə məlumatı almış şəxs əlilliyin müəyyən edilməsi üçün mümkün fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.) istifadə edərək, "Əlillik dərəcəsinin və ya sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün müraciətin qeydiyyatı" elektron xidmətini seçib, göndərişin və şəxsiyyət vəsiqəsinin (yetkinlik yaşına çatmayan şəxs olduğu halda isə şəxsiyyət vəsiqəsinin və ya doğum haqqında şəhadətnamənin) nömrəsini tələb olunan sahəyə daxil edib. Daxil edilmiş məlumatların düzgünlüyü sistem tərəfindən təsdiqləndikdən sonra müraciət edən şəxs elektron ərizə formasını doldurub. Dəyişikliyə əsasən bundan sonra göndərişin  rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş İnformasiya Sisteminin Tibbi Sosial Ekspertiza və Reabilitasiya Alt Sistemə (SERAS) ötürüləcək. TSERAS-a ötürülmüş göndərişlər sistem tərəfindən qəbul edildikdən sonra dərhal göndərişi verən səhiyyə müəssisəsinin, bu göndərişi təsdiq edən şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılacaq. Adsızlaşdırılmış göndərişlər dərhal TSERAS tərəfindən əlilliyin qiymətləndirilməsi məqsədi ilə TSEK-ə (göndərişi vermiş səhiyyə müəssisəsinin ünvanına və şəxsin yaşayış yerinə xidmət edən TSEK istisna olmaqla) göndəriləcək. Qəbul edilmiş qərarların obyektivliyinin təmin edilməsi məqsədi ilə seçmə qaydada eyni göndəriş bir neçə TSEK-ə göndərilə bilər. Müxtəlif TSEK tərəfindən qəbul edilmiş qərarlarda uyğunsuzluq aşkar edildiyi təqdirdə, son qərar Xidmət tərəfindən veriləcək. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Aparatının daxili nəzarət şöbəsi və Xidmət tərəfindən seçmə qaydada göndəriş üzrə məlumatların yoxlanılması həyata keçirilə bilər.
 
İndiyə qədər TSEK müayinənin nəticələrini kollegial müzakirə etdikdən sonra həmin gün qərar qəbul edib. Qəbul edilmiş qərar və müayinəyə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil edilib və TSEK-in sədri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilib. Məlumatlar TSERAS-a daxil edildikdən və təsdiqləndikdən dərhal sonra TSEK-in qərarı müayinə olunan şəxsə (yaxud, onun qanuni nümayəndəsinə) sədr tərəfindən elan edilib və bildiriş təqdim edilib. Dəyişikliyə əsasən TSEK 2 iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirəcək və onun nəticələrini 1 iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edəcək. Qəbul edilmiş qərar və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti qeydiyyatçı tərəfindən gücləndirilmiş elektron imza ilə TSERAS-a daxil ediləcək və TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq ediləcək.
 
Əlilliyi olan şəxslərin vaxtından əvvəl əlilliyin təkrar qiymətləndirilməsi və ya müddətsiz əlilliyi olan şəxslərin təkrar müayinəyə cəlb edilməsi hallarının sayı da artırılıb. Bundan sonra fərdi reabilitasiya proqramına əsasən reabilitasiya məqsədi ilə dəvət olunmuş şəxs reabilitasiya prosesindən üzrlü səbəb olmadan imtina etdikdə əlilliyin təkrar qiymətləndirilməsinə cəlb ediləcək.
 
Dəyişikliyə əsasən bir sıra prosedurlar da ləğv edilib. Əgər indiyə qədər TSEK-in nəqliyyat vasitəsi olmadığı hallarda, səyyar müayinələrin aparılması üçün TSEK rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən nəqliyyat vasitəsilə təmin edilibsə, bundan sonra bu, həyata keçirilməyəcək.  TSEK-in müayinələrinə müalicə həkimləri, əhalinin sosial müdafiəsi mərkəzinin, ictimai təşkilatların və əmək kollektivlərinin nümayəndələri də artıq dəvət olunmayacaq.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Qurban Qurbanov inamlı danışdı

22 Avqust 2017 22:57

"İlklərə daha birini əlavə etmək istəyirik" - Tahir Gözəl

22 Avqust 2017 22:57

Şəki sakinini ilan sancdı

22 Avqust 2017 22:49

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 22:48

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

22 Avqust 2017 22:42

Tramp Əfqanıstanla bağlı strategiyasını açıqlayıb

22 Avqust 2017 22:42

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

22 Avqust 2017 22:37

Azərbaycanda yalnız bir ordu generalı var

22 Avqust 2017 22:33

Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb

22 Avqust 2017 22:32

Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb

22 Avqust 2017 22:22

İtaliyada zəlzələ -

22 Avqust 2017 22:20

Ani diqqətsizlik insanların həyatına son qoya bilər - quyular açıq vəziyyətdədir - VİDEO

22 Avqust 2017 22:18

Latviyada çadra qadağan olunur

22 Avqust 2017 22:14

Hindistanda 462 nəfər daş atma festivalında xəsarət alıb

22 Avqust 2017 22:12

Məşhur aktyorun qızından çılpaq fotosessiya

22 Avqust 2017 22:08

"Kopenhagen"in baş məşqçisindən "Qarabağ" şərhi

22 Avqust 2017 22:07

İraq ordusu İŞİD-in müdafiə xəttini yardı -

22 Avqust 2017 22:00

BMT: Nigeriyada terrorçular 83 uşaqdan kamikadze kimi istifadə ediblər

22 Avqust 2017 21:57

Yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? - VİDEO

22 Avqust 2017 21:48

Aygün Kazımovanın "yataq fotosu"ndakı oğlan kimdir?

22 Avqust 2017 21:38

Suriyanın Hama vilayətinə endirilmiş hava zərbələri nəticəsində 50 dinc sakin həlak olub

22 Avqust 2017 21:37

İran PKK-ya qarşı Türkiyə ilə birgə əməliyyat planlaşdırmır

22 Avqust 2017 21:34

Hamı onların toyunu maraqla izləmişdi. Boşanırlar-

22 Avqust 2017 21:25

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə HƏDƏLƏDİ

22 Avqust 2017 21:18

Fındıq ixracı ölkəmizə 105 milyon dollar gəlir gətirib

22 Avqust 2017 21:12

“ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı

22 Avqust 2017 21:09

Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

22 Avqust 2017 21:03

Qvardioladan Messi barədə açıqlama

22 Avqust 2017 20:55

Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

22 Avqust 2017 20:52

“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi

22 Avqust 2017 20:43

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 20:42

Şimali Koreyadan ABŞ-a növbəti hədə

22 Avqust 2017 20:39

Mingəçevirdə azyaşlı təhlükəli maddədən zəhərlənib

22 Avqust 2017 20:37

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017 20:30

Mayonezin saça bu faydasını bilmirsiniz... - MASKA

22 Avqust 2017 20:28

Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq

22 Avqust 2017 20:18

"Kopenhagen"in baş məşqçisi: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

22 Avqust 2017 20:12

İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Avqust 2017 20:03

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

22 Avqust 2017 20:02

Azərbaycandan Gürcüstana dəstək -

22 Avqust 2017 20:02

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

22 Avqust 2017 19:47

Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR

22 Avqust 2017 19:38

Rostovdakı yanğın tamamilə söndürüldü -

22 Avqust 2017 19:38

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

22 Avqust 2017 19:37

FHN-in xilasediciləri Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

22 Avqust 2017 19:34

Rəqqasə Oksanadan cazibədar pozalar - YENİ FOTOLENT

22 Avqust 2017 19:29

Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən BƏHS EDİLDİ

22 Avqust 2017 19:23

Barselona terrorunda şübhəli bilinən əsas silahlı məhv edildi

22 Avqust 2017 19:16

Sürücülərin nəzərinə: bu yol sabahdan bağlanacaq - XƏBƏRDARLIQ

22 Avqust 2017 19:14

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI

22 Avqust 2017 19:13