Sabahdan pərdə və plyonkalara qarşı reydlər başlayacaq

Sabahdan pərdə və plyonkalara qarşı reydlər başlayacaq
08:59 15 Noyabr 2016
138 Digər
Ölkə mətbuatı
A- A+

 

 

"Yol hərəkəti haqqında" qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

 

Lent.az-ın Trend-ə istinadən xəbərinə görə, bu barədə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

 

Onun sözlərinə görə, həmin sürücülər 150 manat məbləğində cərimə ediləcəklər: "May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jaluz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər".

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/259488

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR