Reydlər başlayır - Son gün

Reydlər başlayır - Son gün
09:12 15 Noyabr 2016
55 Ölkə
Ölkə mətbuatı
A- A+

"Yol hərəkəti haqqında" Qanunun tələbinə əsasən, noyabrın 16-dan avtomobilinin şüşələrinə pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitə çəkərək idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, həmin sürücülər 150 manat məbləğində cərimə ediləcəklər: "May ayının 1-dən noyabrın 15-dək isti hava şəraiti ilə əlaqədar avtomobilin şüşələrinə pərdə, plyonka və jalüzlərin çəkilərək idarə edilməsinə icazə verilmişdi. Noyabrın 15-də həmin müddət bitir və bu müddətdən sonra avtomobili pərdə, plyonka, jalüz və digər görmə qabiliyyətini zəiflədən vasitələrlə idarə edən sürücülər məsuliyyətə cəlb ediləcəklər".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489447.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR