Azərbaycanlı sahibkarlar Dubaya gedirlər

Azərbaycanlı sahibkarlar Dubaya gedirlər
09:22 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı sahibkarların ixrac missiyası 27-30 noyabrda Dubayda olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildiriblər .

Məlumata görə, missiyanın tərkibi konkurs əsasında formalaşdırılacaq və mineral su, meyvə şirələri, süd və süd məhsulları, bal, meyvə, tərəvəz, ət və ət məhsulları istehsalı ilə məşğul olan şirkətlər daxil ediləcək.

Bu, sahibkarlar üçün təşkil olunan ikinci ixrac missiyasıdır. 12 sahibkardan ibarət ilk missiya şərab və spirtli içkilər sərgisində iştirak etmək üçün Çinə yola salınıb.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/489448.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR