"Milli Foqtsun vaxtında futbol oynamırdı" - Robert Prosineçki

"Milli Foqtsun vaxtında futbol oynamırdı" -  Robert Prosineçki
09:37 15 Noyabr 2016
68 İdman
Ölkə mətbuatı
A- A+

Milli komandamızın  baş məşqçisi Robert Prosineçki "Xəzər" TV-də yayımlanan "Futbol Saatı" verilişinin qonağı olub. Fanat.Az xəbər verir ki, bir sıra sualları cavablandıran xorvatiyalı mütəxəssis sələfi Berti Foqtsa da “ilişib”.


O, bildirib ki, millimiz Foqtsun dönəmində futbol oynamırmış: "Azərbaycan milli komandasına mənim vaxtında oyun baxımından böyük dəyişiklik oldu. Yığmanın əvvəlki oyunlarını izləmişəm. Milli həmin vaxt futbol oynamırdı. Onda komanda ancaq müdafiə olunurdu. İndi isə azarkeşlərin sevdiyi baxımlı oyunu göstəririk. Bu, mənim futbol fəlsəfimdir. Nə qədər ki, burdayam milli baxımlı futbol oynayacaq”. 


Qeyd edək ki, Berti Foqts 2008-2014-cü illərdə yığmamızı çalışdırıb.


Fanat.Az



Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotmilli-foqtsun-vaxtnda-futbol-oynamrdquot-t54149.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR