"Şimali İrlandiya təmiz qələbə qazandı"

"Şimali İrlandiya təmiz qələbə qazandı"
09:47 15 Noyabr 2016
69 İdman
Ölkə mətbuatı
A- A+

"Şimali İrlandiya ilə matçda standart vəziyyətdən 3 qol buraxdıq. Ancaq top saxlamaq baxımından elə bir problemimiz yox idi".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib.

Xorvatiya mətbuatına danışan təcrübəli mütəxəssis DÇ-2018-in seçmə mərhələsi çərçivəsində yığmamızın Şimali İrlandiyaya 0:4 hesablı məğlubiyyətini dəyərləndirib.
 
Prosineçki britaniyalıların layiqli qələbə qazandıqlarını söyləyib: "Şimali İrlandiya yığması çox güclü komandadır, onların hündürboylu futbolçuları var. Onlar öz istəklərinə uyğun oynadılar. Rəqibi yalnız təbrik edə bilərəm. Çünki təmiz qələbə qazandılar. Düzdür, hesab çox böyük oldu. Bu, oyuna görə deyildi. Amma futbolda belə hallar da baş verir. Fikrimcə, qrupumuzdakı bütün komandalar Şimali İrlandiya ilə görüşdə çətinliklə üzləşəcək. Bu komanda həm Fransada keçirilən Avropa çempionatında, həm də dünya çempionatının seçmə mərhələsinin ilk 4 turunda yüksək səviyyədə çıxış edib. Təbii ki, onlar bizim də əsas rəqiblərimizdəndir. Amma bu məğlubiyyətə görə ümidimizi itirməyəcəyik".
 
Şimali İrlandiya yığması bu gün yoldaşlıq görüşü çərçivəsində Xorvatiyanı qəbul edəcək. Prosineçki həmyerlilərinin də qrupumuzdakı rəqibə qarşı çətinlik çəkəcəyini açıqlayıb: "Şimali İrlandiya Xorvatiya ilə matçda rəqibə sürpriz yaşada bilər. Çünki onların 5 oyunçusunun boyu 190 sm-dən hündürdür. Bu, Xorvatiya yığmasına ciddi problem yarada bilər. Amma düşünürəm ki, İslandiya üzərindəki qələbədən sonra həmyerlilərim yaxşı çıxış edəcəklər. Belfastdakı qarşılaşma əsas heyətə düşə bilməyən bir neçə futbolçu üçün yaxşı sınaq olacaq və onlar özlərini Ante Çaçiçə göstərməyə çalışacaqlar. Çox maraqlı oyun olacaq. Yoldaşlıq görüşü olmasına baxmayaraq, Xorvatiya millisi qələbə seriyasını davam etdirməyə çalışacaq".
 
Qeyd edək ki, "Vindzor Park" stadionunda keçiriləcək Şimali İrlandiya - Xorvatiya matçı Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489456.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR