İlham Əliyevin tələbəlik illərindən bilinməyən maraqlı məqamlar – İLK DƏFƏ

İlham Əliyevin tələbəlik illərindən bilinməyən maraqlı məqamlar – İLK DƏFƏ
10:03 15 Noyabr 2016
1964 Ölkə
Ölkə mətbuatı
A- A+

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun keçmiş rektoru Nikolay Lebedev bu İnstitutun məzunu olan Azərbaycan Prezidenti İlham Əliyevin tələbəlik illərindən danışıb.

Publika.az
xəbər verir ki, “moscow-baku” portalına danışan Lebedev İlham Əliyevin hələ tələbəlik illərindən inadkarlığı ilə fərqləndiyini bildirib: “Bizim beynəlxalq münasibətlər fakültəsi öz məzunları ilə həmişə seçilib. Onlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevdir. O, aspiranturada oxuyarkən, biz onunla çox ünsiyyət saxlayırdıq. Mən onun elmi rəhbəri idim. Aramızda böyük yaş fərqinin olmasına baxmayaraq, bizim çox ilıq münasibətlərimiz var idi. Lakin o, həmişə mənə çox hörmətlə yanaşırdı”.

Lebedev Azərbaycan liderinin gənclik illərində insanlarla sadə və mehriban davranışının, öz yaşıdlarına olan müsbət münasibətinin diqqət çəkdiyini qeyd edib.

“O, kömək haqqında istənilən xahişə reaksiya verir və başqa insanların problemlərinin həlli üçün Heydər Əliyevə müraciət etməkdən çəkinmirdi. Siz heç vaxt düşünə bilməzdiniz ki, o, ölkə rəhbərliyində təmsil olunan insanın oğludur. Həmin dövrdə Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyirdi. İşə görə mən tez-tez Heydər Əliyevlə görüşməli olurdum. O, İlham Əliyevin təhlisi ilə yaxından maraqlanırdı”, - deyə o bildirib.

Lebedev vurğulayıb ki, İlham Əliyevin gənc yaşına baxmayaraq, inadkarlığına heyran olurmuş: “Onun namizədlik dissertasiyasının mövzusu Böyük Britaniyada Liberal Partiyası haqqında idi. Bu mövzunu özü seçmişdi. Əvvəlcə mən əmin deyildim ki, bu iş aktual olacaq. Amma o, məni öz seçiminin düzgünlüyünə inandırdı. Öz mövqeyini müdafiə edir, elmi arqumentlər gətirir və sübut edirdi ki, o, doğrudur. İlham həmin vaxtdan etibarən idmana xüsusi maraq göstərirdi. Bu gün ona baxanda keçən illər ərzində çox az dəyişdiyini görürəm”.

Lebedev Azərbaycan Prezidentinin indi də keçmiş müəlliminə qayğı ilə yanaşdığını diqqətə çatdırıb.

Asif


Xəbərin orijinal ünvanı: http://publika.az/news/nida/175960.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR