Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Ermənilər minaatanlar və iriçaplı pulemyotlarla mövqelərimizi vurdular

Ermənilər minaatanlar və iriçaplı pulemyotlarla mövqelərimizi vurdular

Ermənilər rayonlarımızı pulemyotlarla atəşə tutdu (25 Mart 2017 10:39)
Düşmən mövqelərimizi minaatan və pulemyotlarla vurur (16 Fevral 2017 09:42)

Tarix: 15 Noyabr 2016 10:05

Müdafiə Nazirliyi bildirir ki, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində 60 millimetrlik minaatanlardan, həmçinin iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 29 dəfə pozub.
Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd və Krasnoselsk rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Muncuqlu kəndində və Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, işğal altında olan Tərtər rayonunun Göyarx, Ağdam rayonunun Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qorqan kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Milli.Az


Teqlər:  Ermənilər minaatanlar iriçaplı pulemyotlarla mövqelərimizi vurdular



RƏYLƏR


Top xəbərlər