Baş nazir prezidentin telefon zənfinə cavab vermədi

Baş nazir prezidentin telefon zənfinə cavab vermədi
10:08 15 Noyabr 2016
187 Dünya
Ölkə mətbuatı
A- A+

Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.

Yeni Zelandiyanın baş naziri Con Key ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın telefon zənginə cavab verməyib.

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu haqda noyabrın 15-də yerli "NZ Herald" qəzeti məlumat yayıb.

"Mən zəng edildiyini görməmişəm", - deyə baş nazir bildirib.

İnformasiyaya əsasən, Trampın baş nazirə növbəti telefon zəngini noyabrın 16-da edəcəyi gözlənilir.

Qeyd edək ki, noyabrın 13-də Yeni Zelandiyada 7,9 bal gücündə zəlzələ olub. Təbii fəlakət nəticəsində 2 nəfər ölüb, 1,5 milyard dollar məbləğində iqtisadi ziyan dəyib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175971.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR