Türkiyənin məşhur cütlüyü 17 il sonra ayrıldı

Türkiyənin məşhur cütlüyü 17 il sonra ayrıldı
10:11 15 Noyabr 2016
339 Şou
Ölkə mətbuatı
A- A+

Türkiyənin məşhur cütlüyü müğənni Safiye Soyman və Faik Öztürk ayrılıb.

Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Altın Kelebek" mükafatlandırma gecəsinə tək qatılan Safiye jurnalistlərə açıqlamasında ayrıldıqlarını etiraf edib.

17 ildir evli olduğu və birlikdə səhnəyə çıxdığı Öztürklə yollarını ayırdığını deyən Soyman "Sadəcə işlərimiz üçün bir aradayıq. Şəxsi həyatımızda münasibətimizi bitirdik" deyib.

Qeyd edək ki, S.Soyman ilk dəfə 1974-cü ildə, 13 yaşında Ziya Akarözə ərə gedib. O, 15 yaşında qızını, iki il sonra isə oğlunu dünyaya gətirib. 1985-ci ildə cütlük boşanıb. Soyman F.Öztürklə münasibətə isə 1999-cu ildə başlayıb.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61145

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR