Trampın məsləhətçisi: “Putin ona hörmət etmir”

Trampın məsləhətçisi: “Putin ona hörmət etmir”
10:33 15 Noyabr 2016
89 Dünya
Ölkə mətbuatı
A- A+

“Rusiya hərbi sferada ABŞ-ın rəqibi deyil”.

Publika.az xəbər verir ki, bunu “The Wall Street Journal” nəşrinə açıqlamasında Nyu-Yorkun keçmiş meri, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın məsləhətçisi Rudolf Culiani deyib.

Trampın məsləhətçisi geniş yayılmış tezisi təkrarlayıb ki, Barak Obama administrasiyası Rusiyanı ABŞ-ın rəqibinə çevirdi. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarına hörmət etmir.

Rudolf Culiani həmçinin əmin edib ki, ABŞ-ın yeni hökuməti Moskva və Pekinlə münasibətlərin bərpası ilə məşğul olacaq.

Daha əvvəl “The Wall Street Journal” nəşri bildirib ki, Trampın komandası Rudolf Culianiyə dövlət katibi postuna namizəd kimi baxır. ABŞ-ın BMT-dəki keçmiş səfiri Con Bolton onun əsas rəqibi hesab edilir.

Ömər Dağlı


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/175976.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR