Yunanıstan Bosniya və Herseqovina xalqından üzr istəyib

Yunanıstan Bosniya və Herseqovina xalqından üzr istəyib
10:37 15 Noyabr 2016
31 İdman
Ölkə mətbuatı
A- A+

Yunanıstan Futbol Federasiyası Bosniya və Herseqovina xalqından üzr istəyib. Buna səbəb 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinın IV turunda keçirilmiş Yunanıstan - Bosniya və Herseqovina matçında baş verənlərdi.


1:1 hesabı ilə başa çatan oyunda yerli azarkeşlər Bosniya və Herseqovina xalqına nifrətini göstərən pankartlar açıblar. Pankartda 1995-ci ildə baş vermiş Srebrenitsa qətliamı ilə bağlı serblərin bosniyalılara nifrətini göstərən "Noz, zica, Srebrenica" (Bıçaq, tel, Srebrenitsa) sözləri yazılıb.


Bununla əlaqədar federasiya bu cür pankartların açılmasının doğru olmadığını, irqçiliyin qəbuledilməz olduğunu bildirərək qarşı tərəfdən üzr istəyib.


Qeyd edək ki, 1995-ci ildə Bosniya və Herseqovinanın Srebrenitsa şəhərində serbiyalılar tərəfindən qətliam törədilib. Həmin qətliamda 8 mindən artıq yerli əhali general Ratko Mladiçin rəhbərlik etdiyi qoşun tərəfindən öldürülüb.("Report")


Fanat.Az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-yunanstan-bosniya-v-herseqovina-xalqndan-uzr-istyib-t54154.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR