Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ukrayna neft və neft məhsullarının satışı sahəsində vergitutmanı dəyişə bilər

Ukrayna neft və neft məhsullarının satışı sahəsində vergitutmanı dəyişə bilər

Date: 15 November 2016 10:37

Bakı. 15 noyabr. REPORT.AZ/ Ukraynanın neft operatorları Vergi Məcəlləsində neft və neft məhsullarına tətbiq olunan pərakəndə aksizin ləğv edilərək bu məhsulların idxalı və istehsalında tətbiq edilən baza aksizi dərəcələrinin artırılması təşəbbüsünü irəli sürüb. "Report"un Ukrayna KİV-inə istinadən verdiyi xəbərə görə, buna səbəb qeyri-leqal yanacaqdoldurma məntəqələrinin (YDM) pərakəndə aksiz vergisi ödəmədən qeyri-bərabər rəqabət şəraiti yaratması amili olub. 
Bu təşəbbüslə əlaqədar Ukraynanın maliyyə nazirinin müavini E.Qapinusun sədrliyi ilə yaradılan işçi qrupunu Dövlər Fiskal Xidməti, Ali Radanın Vergi və gömrük siyasəti Komitəsi, Ukrayna Antiinhisar Komitəsi, Kiyev şəhər administrasiyası və Neft-qaz treyderləri Birliyi dəstəkləyib. 
Bazar iştirakçılarının hesablamalarına görə, təklif olunan dəyişiklik qəbul edilərsə, Ukraynanın dövlət büdcəsi aksiz vergisindən ildə 5,3 mlrd. qrivna (200 mln. ABŞ dolları), yerli büdcələr 1,9 mlrd. qrivna (72 mln. dollar) və dövlət büdcəsi ƏDV-dən 1,2 mlrd. qrivna (45 mln. dollar) əlavə gəlir əldə edə bilər. 
Qeyd edək ki, neft məhsullarından vergitutma sistemində islahatlarla bağlı noyabrın 10-da keçirilən mətbuat konfransında "SOCAR Ukrayna" şirkətini Hüquq Departamentinin rəhbəri Mixail Tretyakov təmsil edib. 


Tags:  Ukrayna neft neft məhsullarının satışı sahəsində vergitutmanı dəyişə bilər

RƏYLƏR


Top news