Köhnə divan aldılar, içindən 41 min dollar tapdılar - FOTO

Köhnə divan aldılar, içindən 41 min dollar tapdılar - FOTO
10:42 15 Noyabr 2016
3180 Dünya
Ölkə mətbuatı
A- A+

Amerikada maraqlı olay baş verib.

Milli.Az "Milliyet"ə istinadla bildirir ki, Nyu-Yorkdakı binaların birində kirayə qalan tələbələr evə mebel almaq istəyiblər. Lakin onların yeni mebel almağa pulları çatmayıb. Buna görə də tələbələr işlədilmiş, köhnə divan alıblar.

Onlar divanı aldıqdan bir neçə gün sonra başlarına maraqlı hadisə gəlib. Belə ki, qızlardan biri divanda uzanarkən dirsəyinin bərk cismə toxunduğunu hiss edib. O, qorxaraq divanı açıb. Divanı açan tələbələr şoka düşüblər. Onlar divanın içərisindən 41 min dollar pul tapıblar. Onlar pulların yanında zərf də tapıblar. Zərfin içində pulun miqdarı və hesabına ödənilməli şəxsin adı yazılıb. Tələbələr həmin şəxsi taparaq pulu ona veriblər.

Milli.Az









Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/489482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR