Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Samur” gömrük postunda avtomobillərin sıxlığı tam aradan qaldırıldı - FOTO

“Samur” gömrük postunda avtomobillərin sıxlığı tam aradan qaldırıldı - FOTO

Date: 15 November 2016 10:43

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Bu barədə Publika.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Xatırladaq ki, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə “Samur” gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

Hazırda “Samur” gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.





Tags:  Samur gömrük postunda avtomobillərin sıxlığı tam aradan qaldırıldı FOTO

RƏYLƏR


Top news