Millimizin rəqibi: "Bütün oyunlara 3 xal üçün çıxmalıyıq"

Millimizin rəqibi: "Bütün oyunlara 3 xal üçün çıxmalıyıq"
10:52 15 Noyabr 2016
47 İdman
Ölkə mətbuatı
A- A+

"Norveç üzərində qələbə qazanmaqla, vacib 3 xal əldə etdik. Amma cari seçmə mərhələdə özümüzə bənzəmirik".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri Çexiya yığmasının futbolçusu Marek Suxi deyib.

DÇ-2018-in seçmə mərhələsində yığmamızla eyni qrupda mübarizə aparan çexlər 4 oyundan sonra 5 xal toplayıblar.
 
Ölkəsinin mətbuatına açıqlama verən Suxi millisinin çıxışını dəyərləndirib. "Bazel"in formasını geyinən 28 yaşlı mərkəz müdafiəçisi son vaxtlar ehtiyatda qalmasına da toxunub: "Təbii ki, ehtiyatda qaldığım üçün məyusam. Amma bu, futboldur. İştirak etmədiyim matçlarda milli üzvlərinin yaxşı oyun sərgiləməməyi məni məyus edirdi. Başa düşürəm ki, yeni komanda formalaşır, bu heyətdə hər kəs yer ala bilər. Baş məşqçinin qərarına hörmətlə yanaşıram. Amma meydana çıxmağı səbirsizliklə gözləyirəm".
 
Bu gün Danimarka ilə keçirəcəkləri yoldaşlıq görüşü haqda da danışan Suxi bunları əlavə edib: "Baş məşqçinin mənə şans verəcəyini düşünürəm. Hücum futbolu göstərməyə çalışmalıyıq. Əfsuslar olsun ki, son vaxtlar bunu o qədər də yaxşı bacarmırıq. Elə bu səbəbdən cari seçmə mərhələdə xal itkiləri ilə üzləşdik. Yoxlama görüşü olsa belə, qalib gəlmək lazımdır. Norveç üzərində qazandığımız qələbənin ardını gətirməliyik. Seçmə mərhələnin qalan oyunlarına da 3 xal üçün çıxmalıyıq".
 
Qeyd edək ki, Çexiya seçmə mərhələ çərçivəsində millimizlə Ostravadakı qarşılaşmada qolsuz heç-heçə edib. Onların yığmamızla Bakıdakı görüşü isə gələn il, oktyabrın 5-də baş tutacaq.  

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489490.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR