Goranboy və Naftalan rayonlarının qaz təchizatında fasilə yarana bilər

Goranboy və Naftalan rayonlarının qaz təchizatında fasilə yarana bilər
10:57 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün saat 12:00-dan 18:00-a qədər Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Qaz İxrac İdarəsinin Ağdaş magistral qaz kəmərləri sahəsində cari təmir işləri aparılacaq. Bu barədə "Report"a SOCAR-dan bildirilib.
Məlumata görə, təmir işləri Qazıməmməd-Qazax magistral qaz kəmərinin Ağdaş rayonundan keçən hissəsini, “Goranboy” qazpaylama stansiyasını və bəzi ölçü qovşaqlarını əhatə edəcək. Bu işlərin Goranboy və Naftalan rayonlarının bir hissəsinin təbii qazla təchizatına təsir göstərməsi mümkündür. 

Xəbərin orijinal ünvanı: https://report.az/energetika/goranboy-ve-naftalan-rayonlarinin-qaz-techizatinda-fasile-yarana-biler

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR