Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"AvtoVAZ" şirkətinin Azərbaycan bazarında gəlirləri kəskin azalıb

"AvtoVAZ" şirkətinin Azərbaycan bazarında gəlirləri kəskin azalıb

Date: 15 November 2016 11:12

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya hökumətinin avtomobil sənayesinin xilasedicisi qismində nəzərdə tutuduğu əsas vasitələrdən biri - avtomaşın ixracı sektoru hələlik vəzifəsinin öhdəsindən gələ bilmir. "Report"un "Kommersant" saytına istinadən verdiyi xəbərə görə, bu sahənin liderlərindən olan "AvtoVAZ" şirkətinin 2016-cı ilin ilk 9 ayında ixracdan əldə etdiyi gəliri illik müqayisədə təxminən iki dəfə 45% azalıb. Şirkətin ən iri ixrac bazarı hesab edilən Qazaxıstana tədarükün həcmi isə 71% düşüb.
Eyni zamanda, "Lada" avtomobillərinin Azərbaycan bazarında satışı da bu tendensiyadan yan keçməyib. Yerli bazarda bu markanın satışı təqribən iki dəfə, yəni 1,5 min ədədə düşüb. Hərçənd Ukrayna bazarında "Lada"nın satışı 108% - 1,3 min ədədədək, brendin bazar payı isə 2%-dən 2,9%-ə yüksəlib. "AvtoVAZ"ın ixracının daha böyük artım dinamikası Avropada müşahidə edilir - burada maşınların qeydiyyatı 75% - 3,1 min ədədə kimi artıb.
Qeyd edək ki, "AvtoVAZ"ın ixracdən əldə etdiyi gəliri sürətlə düşür. Bu gəlirlərin həcmi son bir ildə 7, 77 mlrd. rubldan 4,27 mlrd. rubla kimi azalıb ki, bu da ümumi gəlirlərin strukturunda 6,2%-dən 3,2%-dək geriləmə deməkdir.
Sənəddə qeyd edilir ki, tələbat azalacağı təqdirdə şikrət ixrac strategiyasını dəyişəcək.


Tags:  AvtoVAZ şirkətinin Azərbaycan bazarında gəlirləri kəskin azalıb

RƏYLƏR


Top news