Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Trampın ilk bombalayacağı şəhər – MOSSAD AÇIQLADI

Trampın ilk bombalayacağı şəhər – MOSSAD AÇIQLADI

Date: 15 November 2016 11:13

ABŞ prezidenti Barak Obama postunu təhvil verməyinə az müddət qalsa da, PYD-yə (PKK-nın Suriya qolu) külli miqdarda silah göndərib.

Publika.az xəbər verir ki, bu barədə İsrail kəşfiyyat orqanı Mossada yaxın olan “Debka” saytı yazıb.

Saytın məlumatına görə, ötən həftə Bağdadda ABŞ-a aid hərbi bazalardan silah yüklü avtomobil karvanı Suriyaya gedib.

“Obama xələfi Trampın Suriya böhranının həlli üçün RusiyaTürkiyə ilə razılaşacağına görə getməmişdən əvvəl kürdləri silahlandırmaq qərarına gəlib”, - deyə bildirilir.

Sayt əlavə edir ki, Tramp yanvarın 20-də and içərək vəzifə səlahiyyətlərinə başlayandan sonra, İŞİD-in Suriyadakı qalası Rakkada ortaq əməliyyat keçiriləcək. Bu əməliyyata Türkiyə qurudan, Rusiya havadan dəstək verəcək.

“Debka” iddia edir ki, Tramp İraq ordusunun Mosulu azad edə bilməməsinə baxmayaraq, əvvəlcə Rakkaya hücuma keçəcək.

“Tramp hadisələrdən dərhal xəbər tutmaq üçün bölgəyə təqaüddə olan Amerika əsgərlərindən ibarət “təmsilçilər” göndərib”, - deyə bildirilir.

Asif


Tags:  Trampın ilk bombalayacağı şəhər MOSSAD AÇIQLADI

RƏYLƏR


Top news