"Samur" gömrük postunda durum necədir? - FOTO

"Samur" gömrük postunda durum necədir? - FOTO
11:22 15 Noyabr 2016
66 Ölkə
Ölkə mətbuatı
A- A+

Rusiya Federasiyası ilə sərhəddə yerləşən Xaçmaz Gömrük İdarəsinin "Samur" gömrük postunda avtonəqliyyat vasitələrinin sıxlığı tam aradan qaldırılıb.

Bu barədə Milli.Az-a Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən məlumat verilib.

Qeyd edək ki, Rusiya tərəfindəki sərhəd keçid məntəqəsinin buraxılış potensialının aşağı olması ilə əlaqədar son günlərdə "Samur" gömrük postunda yaranan sıxlıq Dövlət Gömrük Komitəsi rəhbərliyinin Rusiya tərəfi ilə apardığı intensiv danışıqlar nəticəsində aradan qaldırılıb. Belə ki, 11-13 noyabr tarixlərində 475 yük avtomobilinin sərhəddən keçməsi təmin olunub. Noyabrın 14-də isə daha 215 avtonəqliyyat vasitəsi sərhədi keçib.

Hazırda "Samur" gömrük postu gündəlik iş rejimində fəaliyyətini davam etdirir və sərhəd-keçid məntəqəsində heç bir sıxlıq müşahidə olunmur.

Milli.Az



Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/489509.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR