Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq

Qazaxıstanda Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq
11:22 15 Noyabr 2016
58 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Qazaxıstanda ölkənin ilk və yeganə prezidenti Nursultan Nazarbayevin şəkli olan əsginas buraxılacaq.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, banknotun buraxılması ölkədə dekabrın 1-də qeyd olunan ilk prezident gününə həsr olunub.
"Xəbər" telekanalının məlumatına görə, artıq əsginas Astanada keçirilən Qazaxıstan Milli Bankının "Qazaxıstanın müstəqilliyinin 25 il: milli valyuta" adlı konfransda nümayiş etdirilib.
Nursultan Nazarbayevin şəkli olan əsginas 10 min təngə dəyərindədir və suvenir məqsədi daşıyır.

Xəbərin orijinal ünvanı: https://report.az/diger-olkeler/qazaxistanda-nursultan-nazarbayevin-sekli-olan-eskinas-buraxilacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR