Prosineçki üçün yad və doğma klub

Prosineçki üçün yad və doğma klub
11:27 15 Noyabr 2016
59 İdman
Ölkə mətbuatı
A- A+

Yığmamızın başa vurduğu 2016-cı ildə 16 klubun futbolçusu Azərbaycan millisinin formasını geyinib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, ilin 8 görüşündə Robert Prosineçkinin şans verdiyi 34 futbolçu 8 yerli və 8 xarici klubun təmsilçisi olub.

Bu oyunçulardan biri - Kamran Ağayev il ərzində üç klubdan milliyə çağırılıb. 6 futbolçu isə iki komandanı millidə təmsil edib.
 
Xorvatiyalı Topaz Premyer Liqasındakı bütün klubların üzvlərinə güvənib. Onun ən sevimli komandası isə "Qarabağ"dır. Artıq neçə ildir liderliyi aşkar olan Ağdam klubunun 10 üzvü il ərzində milli forması geyinib. Onlar ümumilikdə 42 matçda şans qazanıb və 4 qoldan ikisinə imza atıblar.
 
İkinci sırada qərarlaşan "Qəbələ" liderdən çox geri qalır. 6 futbolçusu yığmada 19 matç keçirib. Onlar ümumilikdə 1 qol vurublar.
 
3-cü sırada əvvəlki liderliyini son illərdə əldən verən "Neftçi", 4-cü pillədə isə "Sumqayıt"dır. Topaz Premyer Liqasının digər klubları isə xeyli uzaqda qərarlaşıb. Daim liderlər sırasında olan "İnter"in Prosineçkiyə yad təsir bağışlaması diqqət çəkir. Bu komandanın üzvləri cəmi 6 oyun keçiriblər. "Kəpəz" də eyni sayda, "Zirə" 5 görüşlə kifayətlənib. Çempionatın autsayderi AZAL-da isə bu rəqəm 1-dir.
 
8 xarici kluba gəlincə, onlardan üçü Türkiyə, ikisi Almaniya, ikisi İspaniyanı təmsil edir. Portuqaliyanın yalnız bir klubu millimizə oyunçu versə də, "Boavişta"da belə futbolçuların sayı ikidir. Kamran Ağayevlə Emin Mahmudov oyun sayında da klublarını xaricilər arasında ilk sıraya daşıyıblar. Dmitri Nazarov yığmada "Karslrue" və "Aue"nin hərəsini 4 dəfə təmsil edib. Ümumilikdə isə xarici klub təmsilçiləri üst-üstə 22 matça çıxıblar.
 
Klubların millidəki təmsilçiliyi
 
1. "Qarabağ" - 10 futbolçu, 42 oyun, 2 qol
Maksim Medvedev - 7 (1), Qara Qarayev - 7, Əfran İsmayılov - 5 (1), Bədavi Hüseynov - 5, Arif Daşdəmirov - 4, Rahid Əmirquliyev - 4, Rəşad Sadıqov - 4, Namiq Ələsgərov - 3, Coşqun Diniyev - 2, Cavid Tağıyev - 1
2. "Qəbələ" - 6 futbolçu, 19 oyun, 1 qol
Məhəmməd Mirzəbəyov - 8, Ruslan Qurbanov - 4 (1), Ruslan Abışov - 3, Pavel Paşayev - 2, Rəşad Eyyubov - 1, Arif Daşdəmirov  - 1
3. "Neftçi" - 3 futbolçu, 9 oyun
Araz Abdullayev - 4, Ruslan Qurbanov - 3, Rəhman Hacıyev - 2
4. "Sumqayıt" - 4 futbolçu, 7 oyun
Ağabala Ramazanov - 4, Kamran Ağayev - 1, Səlahət Ağayev - 1, Amil Yunanov - 1
5-6. "İnter" - 2 futbolçu, 6 oyun
Ağabala Ramazanov - 4, Kamran Ağayev - 2
"Kəpəz" - 3 futbolçu, 6 oyun
Tərlan Quliyev - 3, Namiq Ələsgərov - 2, Budaq Nəsirov - 1
7-8. "Boavişta" (Portuqaliya) - 2 futbolçu, 5 oyun
Kamran Ağayev - 3, Emin Mahmudov - 2
"Zirə" - 4 futbolçu, 5 oyun
Elvin Məmmədov - 2, Anar Nəzirov - 1, Adil Nağıyev - 1, Vüqar Mustafayev - 1
9-11. "Trabzonspor" (Türkiyə) - 1 futbolçu, 4 oyun
Ramil Şeydayev  - 4
"Aue" (Almaniya) - 1 futbolçu, 4 oyun
Dmitri Nazarov - 4 
"Karlsrue" (Almaniya) - 1 futbolçu, 4 oyun, 1 qol
Dmitri Nazarov - 4  (1)
12. "Kadis" (İspaniya) - 1 futbolçu, 2 oyun
Eddi İsrafilov - 2
13-16. AZAL - 1 futbolçu, 1 oyun
Murad Səttarlı - 1
"Bursaspor" (Türkiyə) - 1 futbolçu, 1 oyun
Dəniz Yılmaz - 1
"Kordoba" (İspaniya) - 1 futbolçu, 1 oyun
Eddi İsrafilov - 1
"Qaziantep BB" (Türkiyə) - 1 futbolçu, 1 oyun
Ufuk Budak - 1
 
Qeyd: ardıcıllıq oyun sayına əsasən tərtib edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/489493.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR