Sabah Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçiriləcək

Sabah Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi keçiriləcək
11:27 15 Noyabr 2016
50 Ölkə
Ölkə mətbuatı
A- A+

Dünya Su Konqresi 2021-ci ildə Bakıda keçiriləcək (05 İyun 2017 11:42)
Sabah 19 azərbaycanlı Almaniya millisinə dəstək verəcək - ABSURD (25 Mart 2017 17:27)
Dünya Xəbər Agentliklərinin VI Konqresinə hazırlıqla bağlı Londonda növbəti Şura iclası keçirilib - FOTO (06 Mart 2017 21:05)

Noyabrın 16-18-də Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi, Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyası və MDB Dövlət İnformasiya Agentlikləri Rəhbərləri Şurasının (İnformşura) XXII iclası keçiriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, Heydər Əliyev Fondunun və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə keçirilən tədbirlərə dünyanın informasiya siyasətinin əsas istiqamətlərini müəyyənləşdirən 100-ə yaxın xəbər agentliyinin rəhbərləri və təmsilçiləri, media üzrə beynəlxalq ekspertlər, BMT - UNESCO-nun rəsmi nümayəndəsi, həmçinin regional media qurumlarının əməkdaşları dəvət ediliblər. Azərbaycana 80-ə yaxın ölkədən 200-dək agentlik rəhbəri və nümayəndəsi, media ekspertləri gələcək. Konqresdə dünyanın bütün qitələrindən xəbər agentlikləri təmsil olunacaq. Asiyanın 31 ölkəsindən 39 agentliyin 77 nümayəndəsi, Avropanın 22 ölkəsindən 29 agentliyin 50 təmsilçisi, Afrika qitəsinin 16 ölkəsindən 16 agentliyin 25 nümayəndəsi, Amerika qitəsinin 7 ölkəsindən 9 agentliyin 17 əməkdaşı, habelə Avstraliyanın 3 agentliyini təmsil edən 4 nümayəndə gələcək.

Noyabrın 16-da Heydər Əliyev Mərkəzində Dünya Xəbər Agentliklərinin V Konqresinin və OANA-nın Baş Assambleyasının birgə açılış mərasimi olacaq. Devizi "Xəbər agentlikləri üçün yeni çağırışlar" olan Konqresin sessiyalarında "Xəbər istehlakının gələcəyi", "Xəbər agentlikləri - yeni texnologiyaların və sosial medianın çağırışları və imkanları", "Xəbər agentliklərinin innovasiyası", "Multimedianın gələcəyi üçün jurnalistlərin təlimi", "Jurnalistlərin missiyasının qorunması: azadlıq, çıxış imkanı, təhlükəsizlik və münaqişə zonaları" kimi aktual mövzularda diskussiyalar aparılacaq, yeni minillikdə sürətli transformasiyaya məruz qalan jurnalistikanın problemləri, xəbər agentlikləri ilə sosial medianın müxtəlif platformaları arasında əməkdaşlıq formaları müzakirə ediləcək.

Sessiyalarda beynəlxalq media qurumlarının - Dünya Konqresinin, OANA-nın, EANA-nın, FANA-nın prezidentləri, Associated Press, Reuters, Sinxua, Anadolu, TASS, France Press, Press Association, EFE, Yonhap, Kyodo, TT, SPA, BTA, AAP, İRNA, DPA, Notimex, ATPE və digər nüfuzlu informasiya agentliklərinin, "Los-Angeles Times" qəzetinin, "Al Arabiya" televiziyasının rəhbərləri, "Tripod Advisors", "News Corp", "PwC", "Axel Springer", "Stibo Accelerator" aparıcı media şirkətlərinin mütəxəssisləri məruzələrlə çıxış edəcəklər.

Konqresdə iştirakçı agentliklərin "Xəbər", "Bayramlar" və "İdman" mövzularında 600-ə yaxın ən yaxşı fotoşəkillərindən ibarət albom təqdim olunacaq. Fotoalbom Heydər Əliyev Fondunun və Bakı Media Mərkəzinin dəstəyi ilə nəfis tərtibatda nəşr edilib. Tədbir çərçivəsində AZƏRTAC ilə İspaniyanın EFE, Paraqvayın İP, Bəhreynin BNA agentlikləri arasında informasiya və təcrübə mübadiləsinə dair müqavilələr imzalanacaq, Konqresin rəhbər orqanları seçiləcək, Bəyannaməsi qəbul olunacaq. Bununla da, Konqresdə sədrlik AZƏRTAC-a keçəcək və agentlik 2016-2019-cu illərdə bu beynəlxalq quruma rəhbərlik edəcək.

AZƏRTAC-ın baş direktoru Aslan Aslanov qeyd edib ki, Konqresin yarandığı vaxtdan indiyədək ilk dəfə olaraq BMT və UNESCO-nun rəhbərləri xəbər agentliklərinin bu dünya miqyaslı toplantısına diqqət ayıraraq iştirakçılara müraciətlərini göndəriblər:

"Çalışacağıq ki, Dünya Xəbər Agentlikləri Konqresi getdikcə daha da təşkilatlansın və beynəlxalq aləmdə xəbər agentlikləri üçün güclü quruma çevrilsin. Təşkilatlanma ilə bağlı bu cür addımlar artıq atılıb. Qeyd edim ki, Dünya Xəbər Agentlikləri Konqresinin icraedici orqanı olan Şuranın məhz Bakıda keçirilən son iclasında bu orqanın sədri və sədr müavini vəzifələri təsis edilib. Təşkilatın fəaliyyətini daha da təkmilləşdirmək üçün bu cür islahatları davam etdirmək əzmindəyik".

A.Aslanov həmçinin əlavə edib ki, noyabrın 18-də Bakıda OANA-nın XVI Baş Assambleyasının iclası da başlayacaq. O, Assambleyaya 40-dək agentlikdən 80-ə yaxın rəhbərin və təmsilçisinin qatılacağını bildirərək deyib:

"Növbəti üç ildə bu təşkilata da sədrlik, qurumun veb-saytının idarə edilməsi və digər təşkilati məsələlər AZƏRTAC-a həvalə olunacaq. Təşkilatın işini təkmilləşdirmək AZƏRTAC-ın prioritet məqsədlərindəndir. Bu sıraya OANA-nın veb-saytı vasitəsilə informasiya mübadiləsi işində fəallığı artırmaq, texnoloji yeniliklərin tətbiqi və digər məsələləri aid etmək olar. Bütün üzv agentliklərlə birgə OANA-nın fəaliyyətində yeni mərhələyə çatmağa çalışacağıq".

Qeyd edək ki, Dünya Xəbər Agentlikləri Konqresi Rusiyanın TASS agentliyinin təşəbbüsü ilə ilk dəfə 2004-cü il sentyabrın 24-25-də Moskva şəhərində keçirilib. Sonrakı konqreslərə müvafiq olaraq İspaniya, Argentina və Səudiyyə Ərəbistanı ev sahibliyi edib. Konqresin əsas orqanı Şuradır. 2013-cü ildə Ər-Riyadda keçirilən IV Konqresdə Associated Press, Reuters, Press Association, SPA, TASS, EFE, Kuna, AZƏRTAC və TELAM agentliklərinin rəhbərləri, regional media qurumları olan EANA, OANA və FANA-nın baş katibləri Şuraya üzv seçiliblər. Bakı Konqresində Şuranın yeni üzvləri seçiləcək.

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatı (OANA) 1961-ci ildə UNESCO-nun təşəbbüsü ilə regionun xəbər agentlikləri arasında informasiya mübadiləsinə kömək məqsədilə yaradılıb. Təşkilata 35 ölkədən 44 agentlik daxildir. AZƏRTAC 2004-cü ildən bu beynəlxalq qurumda fəal təmsil olunur, üç dəfə büro üzvü seçilib. 2013-cü ildə Moskvada keçirilən XV Baş Assambleyada AZƏRTAC gizli səsvermə yolu ilə 2016-2019-cu illərdə bu təşkilata sədrlik etmək hüququ qazanıb.

İnformşuranın noyabrın 16-da keçiriləcək XXII Bakı iclasının gündəliyinə qurumun 2016-cı ildə fəaliyyəti, müştərək layihələrin reallaşdırılması, informasiya mübadiləsinin genişləndirilməsi kimi məsələlər daxildir.

Milli.Az

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Bakıda "Formula-1" pilotları arasında mübahisə: “Kişidisə, gəlsin üz-üzə danışaq...” - VİDEO - FOTO

25 İyun 2017 23:32

Populyar xanım ispan kurortunda - FOTO

25 İyun 2017 23:32

İstirahət məkanı, yoxsa virus mənbəyi? - Abşeron çimərlikləri - FOTO

25 İyun 2017 23:32

Şüuraltı fikirləri təmizləmək mümkündür

25 İyun 2017 23:22

"Ərimə hər gün yenidən aşiq oluram" - məşhur müğənni

25 İyun 2017 23:22

Oturaq işləyən insanlar diqqətli olun

25 İyun 2017 23:22

Ucarda çimərkən boğulmuş yeniyetmənin meyiti tapılıb

25 İyun 2017 23:17

Kişiyə qadın paltarı geyindirib küçədə gəzdirdilər -

25 İyun 2017 23:15

Tovuzda özünü qatarın altına atan qadının kimliyi bilindi

25 İyun 2017 23:14

Cinlərin adları və növləri

25 İyun 2017 23:12

"Canlanmış" şəkillər sanki hərəkət edir - FOTO

25 İyun 2017 23:05

Göygöldə İNANILMAZ QƏZA: Mübahisə etdi, avtomobili üstünə sürdü

25 İyun 2017 23:03

Formula-1 Azərbaycan Qran-Prisi gərgin anlarla yadda qalıb

25 İyun 2017 22:57

Dövrümüzün ən gözəl universal - FOTO

25 İyun 2017 22:57

Astmanın əlamətləri

25 İyun 2017 22:52

Çox sevinmək ürəyə ziyandır -

25 İyun 2017 22:51

Bəd-nəzər həqiqətən varmı?

25 İyun 2017 22:47

İtaliyada Birinci Azərbaycan Film Festivalı başa çatıb

25 İyun 2017 22:37

Audi-nin ən sürətli kabrioleti - FOTO

25 İyun 2017 22:37

Tonqo sahillərində 6,2 bal gücündə zəlzələ baş verib

25 İyun 2017 22:37

Tanış olun: İnstagram-dakı zəngin valideynlər - FOTO

25 İyun 2017 22:32

Yəməndə məcidlərin birində atışma: 4 ölü

25 İyun 2017 22:29

Müəllim və həkim heyəti məcburi tarlalara göndərilir

25 İyun 2017 22:27

"İyrənc texnologiya" -

25 İyun 2017 22:23

Akademik Ziyad Səmədzadənin 77 yaşı tamam olub

25 İyun 2017 22:22

Bu axşam fitrə çıxarmağı unutmayın

25 İyun 2017 22:22

Astma xəstəliyinə qarşı istifadə edilən bitki

25 İyun 2017 22:22

20 min azərbaycanlını dinindən döndərmək İSTƏYİBLƏR

25 İyun 2017 22:22

Cəlilabadda ölümlə nəticələnən QƏZA

25 İyun 2017 22:18

Qan qrupu xarakterinizdən xəbər verir

25 İyun 2017 22:17

Məqsədli öpüşlər... - BUSƏLƏRİN MƏNASI

25 İyun 2017 22:17

Göygöldə “Opel“ piyadanı vuraraq sürüdü

25 İyun 2017 22:14

Prezident İlham Əliyev Qran-Prinin final yarışına baxıb

25 İyun 2017 22:12

Göygöldə mübahisə etdi, maşını ilə vurdu

25 İyun 2017 22:12

Göygöldə mübahisə edən şəxslərdən biri digərini maşınla vurub

25 İyun 2017 22:07

Onlar fotoşop qurbanlarıdır - FOTO

25 İyun 2017 22:05

Bakıda 25 min manatlıq CİNAYƏT

25 İyun 2017 22:04

Tanınmış teleaparıcı rep oxudu - VİDEO

25 İyun 2017 21:58

BMW 6-Series Gran Turismo - FOTO

25 İyun 2017 21:57

Adolf Hitler ölməyib -

25 İyun 2017 21:53

Darçın yağının faydaları

25 İyun 2017 21:52

Evə soxulub ana və qızı bıçaqlayan tutuldu

25 İyun 2017 21:47

Saqqız çeynəməyin faydaları

25 İyun 2017 21:47

Lənkəranda qətl törədən şəxs Bakıda tutuldu

25 İyun 2017 21:44

İsrail hərbiçiləri sərhəddə Suriya mövqelərinə hücum edib

25 İyun 2017 21:43

Konfederasiyalar Kuboku: Yarımfinal cütlükləri bəlli oldu

25 İyun 2017 21:42

Lexus CT 200h-ı təkmilləşdirib - FOTO

25 İyun 2017 21:37

Yuxarı Şirvan kanalında naməlum kişi meyiti tapılıb

25 İyun 2017 21:32

19 yaşlı aktrisa alış-verişdə - FOTO

25 İyun 2017 21:32

Almaniyadan Ərdoğanın mühafizəçilərinə QADAĞA

25 İyun 2017 21:23