Dezodorantlardan istifadə etməyin – Xərcəng əmələ gətirir

Dezodorantlardan istifadə etməyin – Xərcəng əmələ gətirir
11:43 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Döş xərçəngini əmələ gətirən səbəblər arasında, tərkibində alüminium tozunun olduğu dezodorantlar göstərilib.

Alimlər iddia edir ki, alüminium tozu xərçəng hüceyrələrinə yol aça bilər. Bildirilir ki, bu barədə siçanlar üzərində araşdırmalar aparılıb. Alüminium tozuna məruz qalan siçanların xərçəngə tutulduğu müşahidə olunub.

Elm adamlarının sözlərinə görə, son 50 ildə qadınlar arasında döş xərçənginə tutulma halları artıb. Şişlərin qoltuq altına yaxın hissələrdə yayılması, alimləri bu barədə araşdırma aparmağa vadar edib. Məlumata görə, hazırda avropada satılan dezodorantların 80%-nin tərkibində alüminium tozu var. (atv.az)


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/175985.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR