Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Mehriban Əliyeva və qızları Moskvada sərgidə - fotolar

Mehriban Əliyeva və qızları Moskvada sərgidə - fotolar

Deputat: “Mehriban Əliyeva Azərbaycanın düşmənlərini utandırıb” (07 Mart 2017 13:18)
Mehriban Əliyevanın Birinci vitse-prezident təyin edilməsi ilə əlaqədar deputat səlahiyyətlərinə xitam verilib (06 Mart 2017 16:17)
Mehriban Əliyeva deputat mandatına xitam verilməsi üçün MSK-ya müraciət edib (06 Mart 2017 15:47)

Tarix: 15 Noyabr 2016 11:46

Moskvada Rusiya Dövlət Tretyakov Qalereyasında “Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” adlı sərginin açılışı olub.

Axşam.az-ın məlumatına görə, açılış mərasimində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, qızları Arzu və Leyla Əliyevalar iştirak edib.

“Abşeron ulduzları. 1960-1980-ci illərin Azərbaycan rəssamları” sərgisi Heydər Əliyev Fondunun, Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin və “Mərcani” Fondunun dəstəyi ilə baş tutub. Bu sərgi həm də Tretyakov Qalereyasında, Azərbaycan Milli İncəsənət Muzeyində, şəxsi kolleksiyalarda saxlanılan əsərləri bir ekspozisiyada birləşdirir. Sərgidə ümumilikdə 12 Azərbaycan rəssamının, o cümlədən Cavad Mircavadov, Nadir Əbdürrəhmanov, Kamal Əhməd, Rasim Babayev, Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, Tahir Salahovun, heykəltəraş Fazil Nəcəfovun 60-dan çox əsəri nümayiş olunur.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mərasimdə çıxış edib.

Sərgi gələn ilin fevralınadək davam edəcək.








Teqlər:  Mehriban Əliyeva qızları Moskvada sərgidə fotolar



RƏYLƏR


Top xəbərlər