Azərbaycanda dolların rəsmi məzənnəsi yeni tarixi rekorda yaxınlaşıb

Azərbaycanda dolların rəsmi məzənnəsi yeni tarixi rekorda yaxınlaşıb
11:52 15 Noyabr 2016
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankının (AMB) ABŞ dollarının noyabrın 16-na olan rəsmi məzənnəsini 1,7024 AZN/USD səviyyəsində müəyyən edəcəyi gözlənilir. "Report"un bank dairələrindən əldə etdiyi məlumata görə, bu gün keçirilən valyuta hərracında 2-ci seansın bağlanış məzənnəsi 1,7024 AZN/USD olub.
Qeyd edək ki, son vaxtlar AMB hərraclarda 3-cü seansı keçirmir. Buna görə də sabaha olan rəsmi məzənnənin (axşama qədər banklararası valyuta satışı həyata keçirilməsə) məhz bu səviyyədə olacağı ehtimal edilir. Bu isə məzənnənin 0,41% artması deməkdir.
Növbəti iş gününə (noyabrın 16-na) rəsmi məzənnə 1,7024 AZN/USD səviyyəsində təsdiqlənərsə, bu, Azərbaycanda dolların məzənnəsi ilə bağlı yeni tarixi maksimum olacaq. Belə ki, bundan əvvəl ən yüksək rəsmi məzənnə bu gün (1,6954 AZN/USD) qeydə alınıb.
"Report"un analitik qrupu isə noyabrın 16-na olan AMB-nin rəsmi məzənnəsinin 1,704 AZN/USD səviyyəsini keçəcəyini istisna etmir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/azerbaycanda-dollarin-resmi-mezennesi-yeni-tarixi-rekorda-yaxinlasib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR