Anadolu Agentliyinin Bakı ofisindən

Anadolu Agentliyinin Bakı ofisindən
11:52 15 Noyabr 2016
49 Ölkə
Ölkə mətbuatı
A- A+
Bakı. 15 noyabr. REPORT.AZ/ Onun qurulmasında, inkişafında Azərbaycanın böyük ictimai-siyasi mütəfəkkiri Əhməd bəy Ağaoğlunun da əməyi çox olub. Hətta o, 1920-ci illərdə bir müddət Mustafa Kamal Atatürkün imzası ilə yaradılmış agentliyin idarə heyətinin sədri vəzifəsini də icra edib. Təbii ki, söhbət qardaş Türkiyə Cümhuriyyətinin 96 illik tarixə malik "Anadolu" Agentliyindən (AA) gedir. "Report"un əməkdaşları qurumun fəaliyyəti, iş rejimi ilə daha yaxından tanış olmaq üçün dünyanın ən böyük xəbər agentliklərindən biri hesab edilən "Anadolu"nun Bakı ofisinin qapısını döydü. 
"Türkiyə ilə Azərbaycan arasındakı könül bağını gücləndirməyə çalışırıq"
Ofisdə qapını üzümüzə AA-nın Azərbaycan Respublikası üzrə yeganə müxbiri Ruslan Rəhimov açır və bizi bir neçə gündür "Anadolu"nun Bakı ofisinə rəhbərlik etməsinin üç ili tamam olan Tolga Özgənclə tanış edir. Tolga bəyin bizi görüncə ilk baxdığı yer saatı olur və təəccübünü də heç gizlətmir: "Düz üç ildir Bakıdayam, amma birinci dəfədir görüşə təyin olunan vaxtda gələnləri görürəm".
Ondan Azərbaycanda, Bakıda günlərinin necə keçdiyini soruşuruq: "İki gün əvvəl Bakıda fəaliyyətə başlamağımın üç ili tamam oldu. Azərbaycanda işləməkdən çox məmnunam. Bu sözləri ürəkdən deyirəm. Çünki Azərbaycan bizim üçün yad deyil, elə öz ölkəmizdir. Türkiyə də sizin üçün elədir. Bakıda işləmək Türkiyədən çox fərqli deyil. Burada daha çox işləyirik. Bu da bizim ürəkdən istədiyimiz şeydir. Türkiyə ilə Azərbaycan arasındakı könül bağını, körpüləri atalarmız qurub, biz də onları gücləndirmək üçün çalışırıq. Bizim də işimiz mətbuatdır. Bu sahədə iki ölkə arasında necə ortaq işlər həyata keçirə, necə paylaşım təcrübəsi edə bilərik deyə əmək sərf edirik". 
Tolga bəy "Bəs yeməklərimizlə bağlı hansısa probleminiz yoxdur ki" sualına cavabında "Əvvəl yağlı olurdu (gülür), amma indi problem aradan qalxıb. Yeməklərimiz arasında elə də fərq yoxdur".
Söhbət zamanı Azərbaycanın dövlət xəbər agentliyi ilə əməkdaşlıq etdiklərini deyən müdir "Report" İnformasiya Agentliyinin də fəaliyyətini izlədiyini də vurğulayır.
96 illik tarixin məsuliyyəti var
Yalnız Türkiyənin deyil, dünyanın əsas xəbər istehsalçılarından biri olan "Anadolu"nun xəbərçilik macərası cümhuriyyətin inkişafı ilə paralel olub. Agentlik bu gün də fəaliyyəti ilə öz adını daşımağa layiq olduğunu sübut edir.
Agentliyin yaradılmasına 1920-ci il aprelin 6-da qərar verilib. Türkiyənin apardığı milli qurtuluş mübarizəsini, türk xalqının səsini dünyaya çatdırmaq üçün həmin dövrün ziyalı insanları belə bir xəbər agentliyi yaratmağı məqsədəuyğun sayıblar. T.Özgənc deyir ki, 96 illik xəbərçilik tarixlərinə baxanda türk millətinin, cümhiriyyətin, həm də özlərinin tarixlərini görürlər: "Anadolu"da işləyən hər kəs dövlətin arxivini yaratmaq inancı və məsuliyyəti ilə çalışır. Agentlik texnologiyanın inkişafı ilə xeyli yol qət edib. Türkiyə Cümhuriyyətinin imkanları artdıqca AA-nın da imkanları genişləndi. İndi 96 illik tariximizə dayanaraq yeni inkişafa doğru gedirik".
Ən böyük yardımçılarının inkişaf edən texnologiya olduğunu deyən müsahibimiz agentliyin daha çox sərmayəni insana və texnologiyaya yatırdığını deyir.
"Anadolu"nun 86 ölkədə ofisi var
Hazırda "Anadolu" Agentliyinin 86 ölkədə ofisi var. Agentlikdə xəbər istehsal edən insanların sayı 3 mindən çoxdur. 
Müdir "Anadolu"ya işçi götürməyin qaydalarını da sadalayır: "Burada həm təcrübəli insanlar işə alınır, həm də usta-şagird üsulundan (təcrübəçi-müəllim) faydalanırlar. Proses təcrübənin ötürülməsi yolu ilə həyata keçirilir. İxtisas üzrə təhsili olmayan, lakin marağı və istedadı olanlar da öyrədilərək işə götürülür". 
Agentliyə yeni gələnin eşidəcəyi ilk şey "Xəbəri doğru, tərəfsiz yaz, birdən artıq mənbədən öyrən" sözləri olur.
Tolga bəy Türkiyə dövləti qarşısında məsuliyyət daşıdıqlarını vurğulayır: "Gələcəkdə tutduğumuz arxivlə bağlı yanlış yazılmış düşüncəsini yaratmamaq üçün sadaladığım xüsusiyyətlər olmalıdır. Türkiyədə "Anadolu" Agentliyində işləmək üstünlükdür. Bütün media nümayəndələri burada çalışmaq istərlər. İrəli sürdüyümüz, "Doğru, tərəfsiz, etibarlı və sürətli xəbər mənbəyi" şüarımızı tam mənası ilə doğrultmağa çalışırıq". 

Agentlik kadrlarını öz içərisində yetişdirir
T.Özgənc bildirir ki, agentliyin dörd ildən çoxdur Xəbər Akademiyası, institusional təhsil sistemi var: "Bizim öz prinsiplərimiz var. Xəbərlər tək qələmdən çıxmış kimi axıcı olmalıdır. Son dörd ildə "Anadolu"nun ən mühüm işlərindən biri də Xəbər Akademiyası ilə bağlıdır. Sərhəddən kənarda təmsilçilərimizin, ofislərimizin, abunələrimizin sayı artıqca belə bir akademiyaya da ehtiyac yarandı. Agentlik 11 dildə xəbər hazırlayır və bunu təmin etmək üçün də infrastruktur olmalıdır. Bir futbol komandası düşünün. Hər zaman kənardan oyunçu alarsanız, sərmayəniz ona gedər. Amma özünüz bu işi görsəniz, həm keyfiyyətli oyunçular yetişdirərsiniz, həm də sərmayənizi əlinizdə tutmuş olarsınız. Son 4-5 ildir Xəbər Akademiyasının timsalında bu nümunənin yerinə yetirilməsinə çalışılır. Həm xəbərçilik işi, həm də müəssisənin mədəniyyəti öyrədilir. Digər sahələrdə də təhsil verilir. Diplomatiya, müharibə, energetika sahəsindən yaza bilən jurnalistlər formalaşdırılır. Orada həm bizim öz əməkdaşlarımız, həm də digər qurumlardan gəlib təhsil verirlər. Polis orqanlarından, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından və s. qurumlardan gələn əməkdaşlar dərs keçirlər".
Bir az da Bakının mərkəz seçilməsindən bəhs edək
"Anadolu" Agentliyinin Bakı ofisi Asiya-Qafqaz bölgəsinin mərkəzidir. Agentliyin istehsal etdiyi xəbərlərin dünyaya daha çox yayılma layihəsinin gündəmə gəlməsindən sonra Avropa, Afrika, Amerika, Yaxın Şərq kimi mərkəzlər yaradılıb. Şirkətin 1992-ci ildən Azərbaycanda təmsilçisi olub, amma 2012-ci ildən etibarən Bakı Asiya-Qafqaz bölgəsinin mərkəzi olub. 
"Seçimdə Azərbaycan üzərində dayanılmasında səbəb həm iki ölkə arasındakı əlaqələr, həm də bu coğrafiyaya, buradakı insanlara verilən dəyərdir. Həm Asiya-Qafqazda olan müxbirlərimizə rəhbərlik, həm də rus dilində yayınımız bu mərkəzdən aparılır. Burada 15 nəfər işləyir. Əksəriyyəti rus dilində yayım üçün çalışan tərcüməçilərdir. Hamısı da Azərbacan vətəndaşıdır. Sizcə, xəbərçinin konkret iş rejimi ola bilərmi? 7 gün 24 saat xəbər istehsal edirik. "Anadolu" gün ərzində 1 500-dən çox xəbər istehsal edir və biz də onlardan rus dilində yayım üçün lazım olan 70-80 xəbər seçərək rusdilli oxuculara çatdırırıq. Azərbaycanla bağlı isə gün ərzində 3-4 türkcə xəbər hazırlanır və müxtəlif dillərdə yayımlanır. Agentliyin dövlət qurumlarından xəbər almaq məsələsində də problemi yoxdur", - deyir müsahibimiz.
"Anadolu" vəfalı bir müəssisədir"
T.Özgəncdən bir az da agentliyin işçiləri ilə bağlı siyasətindən danışmasını istəyirik: "Agentliyin yüzillik yubileyi ilə bağlı hədəfləri var və buna nail olmaq üçün 5 ildir çalışırıq. Hədəf isə yubiley ilində dünyada ilk beşlikdə olan xəbər agentliklərindən biri olmaqdır. Mənim könlümdən keçən ilk üçlükdə qərarlaşmaqdır. Amma hələlik hədəf ilk beşdə olmaqdır. Üç mindən çox insan buna çalışır. Yubiley ilində türk və müsəlman coğrafiyasından dünyanın sayılan agentliklərinin sırasına daxil olmaq potensialımızı göstərmək istəyirik".
"Türk milləti çalışqandır və hədəfə çatmaq üçün heç bir maneə görmürlər. İlklərdən olanlar məndən, səndən dahamı ağıllıdırlar?", - deyə əlavə edir müsahibimiz.
Xoş təsir bağışlayan məsələlərdən biri də agentliyin əməkdaşlarına qarşı münasibətidir. T.Özgənc vurğulayır ki, agentlik onların yetişməsi üçün çox əmək sərf edib və ona görə də işçilərinin qədrini bilir: "Agentliyin bu sahədə olan siyasətini bir cümlə ilə ifadə edərdim - "Anadolu" vəfalı bir müəssisədir. Siz ona nə qədər çox fədakarlıq edirsinizsə, qarşılığında daha çox verir. Bakı ofisi qurulandan burada çalışanlar var. Agentlik sərməya qoyduğu, razı qaldığı, çalışqan və xoşniyyətli insanlardan heç zaman imtina etməz. İnsan öz ailəsində də problem yaşaya bilir. Bura da bir ailədir və biz ailə mühitini pozmadan, problemin işin önünə keçməsinə izn vermədən çalışırıq".
"Dövlət çevrilişinə cəhd hadisəsindən sonra bir neçə gün yatmadan çalışdıq"
Türkiyədə bu il iyulun 15-də dövlət çevrilişinə cəhdlə bağlı yaranmış vəziyyət "Anadolu"nun Bakı ofisində çalışan əməkdaşları da psixoloji və iş yükü ilə yükləyib. T.Özgənc həmin gecəni belə xatırlayır: "Ölkəndə bir cinayət yaşanır. İnsan laqeyd qala bilərmi? Üstəlik, həmin insan xəbər də istehsal etməlidir. Həm psixoloji, həm iş yükü ilə yüklənmişdik. Hər birimiz 2-3 gün ərzində evə getmədən çalışdıq. Çünki ölkəmizə qarşı bir haqsızlıq, cinayət var idi. Həmin cinayətin həqiqi məqsədini, kimlər tərəfindən hansı niyyətlə edildiyini bütün dünyaya çatdırmalıydıq. Onsuz da "Anadolu" bu məqsədlə yaradılıb. 1920-ci ildə qurtuluş müharibəsi dövründə türk millətinə qarşı edilən haqsızlığı dünyaya çatdırmaq üçün qurulmuşuqsa, 2016-cı ildə də bu vəzifə "Anadolu"nun üzərinə düşür. İş yerimə çox yaxın olmasına baxmayaraq, iki gün boyunca evə getmədim. Üçüncü gün gündüz saatlarından başlayaraq vəziyyət normala döndüyündə, bunun təkrarlanmayacağıma inandığımda evə getdim".
Müsahibimiz "Türkiyədə Fətullahçı Terror Təşkilatı (FETÖ) ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində agentlikdən işdən çıxarılanlar oldumu" sualını "Türkiyə hüquqi dövlətdir və kimin günahı varsa, harada işləməsindən asılı olmayaraq bağışlanmır” şəklində cavablandırdı.
Müharibələrdə yarlananlar da olub
"Anadolu" ciddi bir təşkilatdır. İşində bir dövlət ciddiyyəti var. Həm müstəqil xəbər yazırsan, həm də məsuliyyət daşıyırsan. Hətta agentliyin bütün sahələr üzrə olan xəbərlərinə ehtiyac hiss edən abunəçilər də varmış. Sadəcə, fotoqraf, videogörüntü istəyənlər də var. Qəzet, jurnal, televiziya və sairədən abunəçiləri var. Qısası, agentliyin hər hansı bir sahə üzrə xəbər yazmamaq kimi şansı yoxdur və hər xəbərin mütləq bir alıcısı var. 
Agentliyin əməkdaşlarından müharibə bölgələrində zərər görənlər də olub. Suriyada fotomüxbir ayağından vurulmaqla qurtula bilmişdisə, Misirdəki olaylarda agentliyin bir neçə əməkdaşı girov götürülüb. Ancaq sonradan aparılan danışıqlar nəticəsində sərbəst buraxılıb. T.Özgənc deyir ki, qaynar bölgələrdə ölümlə üz-üzə qalmaq xəbərçiliyin təbiətində var: "Mən də Liviya müharibəsində müxbir kimi fəaliyyət göstərmişəm. Həmin hissləri çox yaxşı bilirəm. Xəbər yazmaq eşqi sizi qaynar yerlərə götürür. Amma başınıza nələrin gələcəyini bilmirsiniz. Müsəlman coğrafiyasında qaynar hadisələr başlayandan sonra müxbirlərimizə müharibə vaxtı işləməyi, necə həyatda qalmağı öyrətmək üçün təhsil verməyə başladıq. Allah qorusun, birinin evi yanırsa, sahibi qaçıb uzaqlaşır. Amma müxbir, fotoqraf və operatorlar yanğına doğru qaçır. Xəbərçilər həm həyatda qalmaq, həm də hadisəni işıqlandırmaq məcburiyyətindədir".
Agentlikdə hər kəs haqqı olan maaşı alır. Müdir bildirir ki, insanların xoşbəxtliyi əsasdır: "Xoşbəxt olmayan insan istehsal edə bilməz. Agentliyin əməkdaşları yaxşı şərtlərdə çalışır. "Anadolu" vəfalı bir müəssisədir dediyimiz zaman bu şərtlərin hamısı ora daxildir".
T.Özgəncə vaxt ayrırdığı üçün təşəkkür edib, qocaman və vəfalı müəssisənin əməkdaşları ilə daha yaxından tanış olmaq üçün ayrılırıq.

Türkiyə cəmiyyəti üçün hansı xəbərlərimiz daha maraqlıdır?

Növbəti dayanacağımız 2012-ci ildən "Anadolu"da çalışan Ruslan Rəhimovun iş otağı olur. Ruslan və agentlikdə fotoqraf kimi fəaliyyət göstərən Rəsul Azərbaycanla bağlı xəbərləri və videogörüntüləri əvvəlcə Türkiyəyə, oradan da dünyanın müxtəlif ölkələrinə çatdırırlar. Ruslan Rəhimov deyir ki, ölkəmizdə baş verən bütün hadisələri izləyirlər, amma həm Türkiyə, həm dünya üçün maraqlı olan qlobal xarakterli hadisələri həmin dəqiqə xəbərə çevirirlər: "Azərbaycanla bağlı iqtisadi məsələləri, cəbhə xəttində baş verənləri, idman hadisələrini, ölkə başçısının çıxışlarını və bənzər sosial-siyasi olayların hamısını xəbərə çeviririk. Biz aprel hadisələri zamanı cəbhə bölgəsinə getdik. Bir neçə gün bölgədə çalışdıq. Həyatımın bəlkə də ən həyacanlı günləri idi. Qorxmadığımı desəm, doğru olmaz. Başımın üzərindən top güllələri keçirdi, ancaq bu şəraitdə xəbər hazırlayırdıq".
Ruslan Rəhimov bildirir ki, sosial şəbəkələrdə "NTV-dən Qarabağla bağlı xəbər verdilər, "Türkiyə telekanalları cəbhədəki hadisələrdən göstərdi" və s. kimi paylaşımların çoxunda onların adı çəkilməsə də, əslində bu zəhməti onlar çəkib: "Biz həmin xəbərlərin türk mətbuatına çıxması üçün göndəririk. Bu gün Türkiyə mətbuatında, televiziyalarında Azərbaycanla bağlı çıxan xəbərlərin 90 faizi "Anadolu" agentliyində hazırladığım xəbərlər, Rəsul Rəhimovun çəkdikləridir. "Anadolu"nun bir üstünlüyü də Azərbaycanla bağlı yazdığım xəbərlərin müxtəlif dillərə çevrilməsidir".
Sən demə, "Qarabağ" və "Qəbələ"nin oyunları yalnız bizim tamaşıçılar üçün deyil, Türkiyədə də maraq doğururmuş.
Türkiyədə Azərbaycanla əlaqədar daha çox "Qarabağ"ın oyunları, cəbhə xəttində baş verənlərlə bağlı xəbərlər oxunurmuş. Eləcə də devalvasiya xəbərləri, dövlət başçısının Yaxın Şərqdə, Avropada olan müəyyən problemlərlə bağlı verdiyi şərhlər maraqla oxunur. Qardaş ölkə acılı günlərimizlə - 20 Yanvar, Xocalı hadisələri ilə bağlı xəbərləri də çox oxuyur.

"Anadolu"da qardaşlıq mühiti var
Agentliyin tərcüməçilərini, texniki işçilərini də unutmuruq. Rus bölməsində redaktor kimi fəaliyyət göstərən Ramin Abdullayev dünya miqyaslı bir agentlikdə işləməyinn məsuliyyətli olduğu qədər, maraqlı olduğunu da vurğulayır: "İşimiz mühüm xəbəri rusdili oxucuya ötürməkdir. Xəbərlərimiz Rusiya və Ukraynada daha çox istifadə olunur".
"Anadolu"nun dünya əhəmiyyətli agentliklərindən fərqini daha qərəzsiz, daha dolğun xəbərlər yayımlamasında görən R.Abdullayev "Rəhbərliyə çox böyük inam var. Burada qardaşlıq, bərabərlik mühiti var. Rəhbərlə işçi münasibəti daha fərqli prizmadadır", - deyir.

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Səfirin məktubu 123 MİN DOLLARA SATILDI

30 Mart 2017 20:42

"Dinə inanmağın mənası yoxdur" - Azərbaycanı dünyaya tanıdan alim - FOTO

30 Mart 2017 20:37

5 yaşlı uşağın axtarışına başlanıldı

30 Mart 2017 20:33

Çində niqab QADAĞAN EDİLDİ

30 Mart 2017 20:32

Cəlilabadda qanunsuz at kəsimi və at əti tədarükü aşkarlandı - FOTOLAR

30 Mart 2017 20:28

Quşçuluq fermasında 30-dan artıq at cəmdəyi tapıldı - Cəlilabadda - FOTO

30 Mart 2017 20:27

Azərbaycanlı qızın erməni oğlanla

30 Mart 2017 20:25

İnsan orqanizmi üçün ən zərərli giləmeyvə

30 Mart 2017 20:18

Ukrayna malların Azərbaycan üzərindən daşınmasında maraqlıdır - FOTO

30 Mart 2017 20:17

Saqqal saxlamaq QADAĞAN OLUNDU

30 Mart 2017 20:17

Ərdoğanın proqramında dəyişiklik - PROBLEM YARANDI

30 Mart 2017 20:12

Nizami Hacıyev Zaur Svanadzenin taktikasını tənqid etdi

30 Mart 2017 20:07

Ən yaxın iki ildə MÜHARİBƏ, Moskva 20 il sonra... – GÜNÜN SİYASİ XÜLASƏSİ

30 Mart 2017 20:03

“Qolları həddiyə edəndən sonra futbolçular “sındı” - Zaur Svanadze

30 Mart 2017 19:57

"WhatsApp"da virus YAYILDI

30 Mart 2017 19:57

"Qəbələ" finalın qapısını açdı - VİDEO

30 Mart 2017 19:57

Bakıda ikimərtəbəli ev YANDI

30 Mart 2017 19:52

Hacı Şahin: "Metro öpüşmək yeri deyil. Bu, günahdır..."

30 Mart 2017 19:50

Çində niqab qadağan edildi

30 Mart 2017 19:48

Nəriman Həsənzadə: "Xumar sözlərimə yeni nəfəs verib..."

30 Mart 2017 19:47

Sevinc Mirzəyevanın bacısı ondan imtina etdi

30 Mart 2017 19:44

5 yaşlı uşağın axtarışı başladı - Azərbaycanda

30 Mart 2017 19:42

Xorvatlar "Qəbələ"ni sevindirdi

30 Mart 2017 19:38

"Büstü düzəldəndə Ronaldunun internetdən tapdığım şəkillərindən istifadə etmişəm"

30 Mart 2017 19:37

Yığmamız Tailanda yollanır

30 Mart 2017 19:37

“Onun pərt olmasını başa düşmək olar” - Roman Qriqorçuk

30 Mart 2017 19:37

Çimərliklərə kanalizasiya suları axıdılmayacaq

30 Mart 2017 19:33

Putin Trampla görüşməyə hazırdır

30 Mart 2017 19:28

Arvadı 72 yaşlı aktyorla boşanır

30 Mart 2017 19:27

Azərbaycan KUBOKU: "Qəbələ" səfərdə "İnter"i məğlub etdi

30 Mart 2017 19:19

Fatimə təmtəraqlı ad günü edəcək - FOTO

30 Mart 2017 19:12

Qəbələdə ər arvadının boğazını kəsdi

30 Mart 2017 19:12

Fahriye və Burak qərarlarını verdilər!

30 Mart 2017 19:12

Zərərçəkən: “Azad olunmağım üçün MTN əməkdaşlarına 30 min dollar verdim”

30 Mart 2017 19:09

“Abay” kitabı təqdim olundu

30 Mart 2017 19:08

Azərbaycanlı qızın erməni KİŞİ İLƏ YENİ GÖRÜNTÜLƏRİ YAYILDI - FOTO/VİDEO

30 Mart 2017 19:03

Bakıda 3 otaqlı ev yanıb

30 Mart 2017 18:59

Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır - XƏRİTƏ

30 Mart 2017 18:57

Nüsrət məşhur seriala çəkildi - FOTO

30 Mart 2017 18:57

Arıqlamaq üçün 500 min dollar xərclədi - FOTO

30 Mart 2017 18:47

Daha bir küçədə hərəkət məhdudlaşdırılır

30 Mart 2017 18:44

Mədəniz ağrıyırsa, bundan yeyin

30 Mart 2017 18:42

Kişiləri bihuş edən gözəlçə milyonçu ərini ziyalı kişiyə DƏYİŞDİ - FOTO

30 Mart 2017 18:38

Beynəlxalq Muğam Mərkəzində "Baku Brass" nəfəs alətləri ansamblının konserti keçiriləcək

30 Mart 2017 18:37

Almaniya vətəndaşının evindən oğurluq edən qadına 8 İL HƏBS TƏLƏBİ

30 Mart 2017 18:34

Komitə sədri: “Azərbaycanda ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi yüksəlib”

30 Mart 2017 18:33

İlham Əliyevdən əlillərlə bağlı vacib sərəncam - 2 milyon manat ayrıldı

30 Mart 2017 18:33

Bakıda festival keçiriləcək

30 Mart 2017 18:32

Azərbaycanda çimərlik turizminin inkişafına dair Tədbirlər Planı təsdiq edilib

30 Mart 2017 18:32

Əlillərin protezlərlə təminatı üçün 2 milyon ayrıldı - SƏRƏNCAM

30 Mart 2017 18:29