Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Rusiya Ukraynanı mühasirəyə alır – Kiyev üçün MƏNFİ SSENARİ

Rusiya Ukraynanı mühasirəyə alır – Kiyev üçün MƏNFİ SSENARİ

Date: 15 November 2016 11:58

Geosiyasi vəziyyət Ukrayna üçün mənfi ssenari üzrə inkişaf etməyə davam edir. ABŞ-da respublikaçı Donald Trampın qələbəsindən sonra MoldovaBolqarıstanda Moskvaya meylli siyasətçilər prezident seçildi.

Publika.az xəbər verir ki, bu fikir Ukraynanın “Obosrevatel” nəşrində dərc olunan yazıda yer alıb.

“Qonşu ölkələrdə Kremlə loyalların qələbəsi Ukrayna üçün həyəcan zəngdir. Hər iki sosialist siyasətçi – İqor Dodon və Rumen Radev Rusiya ilə yaxınlaşmanı dəstəkləyirlər və hər ikisi “qərbyönümlü” qadınlar - Mayya Sandu və Tsetska Tsaçyeva üzərində qələbə qazanıblar”, - nəşr yazıb.

Moldovanın yeni başçısı İqor Dodon pravoslavlığa söykənərək Rusiya ilə tam həcmdə iqtisadi münasibətləri bərpa etməyə, referendum vasitəsilə Avropa Birliyi ilə imzalanan assosiasiya haqqında razılaşmanı ləğv etməyə və Moldovanı inkişaf etdirməyə söz verib. Dodon hətta seçkilər ərəfəsində bildirdi ki, Krım Rusiyaya aiddir. Düzdür, siyasətçi Ukrayna və Moldovada kəskin etiraz dalğasından sonra dəqiqləşdirdi ki, Krımın “de-fakto” Rusiyaya aid olduğunu nəzərdə tuturdu.

Bolqarıstanda da vəziyyət yaxşı deyil. Yeni dövlət başçısı Rumen seçkilərin nəticələrinin elan edilməsindən dərhal sonra bildirdi ki, Avropa İttifaqının Rusiyaya qarşı iqtisadi sanksiyalarının ləğvinə nail olmaq niyyətindədir.

Nəşr qeyd edir ki, Dodon və Radevin prezident seçilməsinin Kiyev üçün mənfi nəticələri olacaq. Bildirilir ki, ən azından Ukraynanın Moldova və Bolqarıstanla əməkdaşlığı dərinləşdirməsi məsələsində fasilə vermək lazım olacaq.

“Bolqarıstanın səsi əlbəttə ki, sanksiyalar məsələsində o qədər əhəmiyyətli deyil. Amma bu, Ukrayna üçün mənfi tendensiyanın təzahürüdür”, - ekspert, beynəlxalq hüquq mütəxəssisi Maksim Yali qeyd edib.

“Bütovlükdə ABŞ, Bolqarıstan və Moldovada seçkilərin nəticəsi Ukrayna üçün mənfi trenddən xəbər verir. Qərbdə hakimiyyətə daha çox Rusiya ilə münasibətlərin yenidən qurulmasının tərəfdarları gəlirlər. Bu üç ölkəni Avstriya, Niderland, Fransa və mümkündür ki, Almaniya da izləsin”, - Ukrayna nəşri qeyd edib.

Ömər Dağlı


Tags:  Rusiya Ukraynanı mühasirəyə alır Kiyev MƏNFİ SSENARİ

RƏYLƏR


Top news