Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Bakıda gecə klubuna girmək istəyən turist döyüldü

Bakıda gecə klubuna girmək istəyən turist döyüldü

Date: 15 November 2016 12:05

Bakıda ərəb turist gecə klubunda döyülüb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, hadisə Səbail rayonu ərazisində qeydə alınıb. Paytaxtın mərkəzində Küveyt vətəndaşı ötən bazar günü döyülüb. Polis idarəsindən bildirilib ki, saat 05:40-da Küveyt vətəndaşı Airoomi Əbdüləziz Əl Səud (1995-ci il) 39-cu bölməyə müraciət edib.
 
Turist Neftçilər prospektində yerləşən məşhur "Pasifico" barına buraxılmayıb. Zərər çəkmişin sözlərinə görə, müəssisənin mühafizəçisi onu gecə klubuna buraxmayıb və döyüb. Əl Səud bildirir ki, keşikçi ona içəri daxil olmağa mane olub. Turistə bildirilib ki, dindar adama belə əyləncə müəssisələrinə girmək olmaz.
 
Hazırda 39-cu Polis bölməsinin əməkdaşları hadisə barədə araşdırma aparır. 

Milli.Az


Tags:  Bakıda gecə klubuna girmək istəyən turist döyüldü

RƏYLƏR


Top news