Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Qubada ölümlə nəticələnən yol qəzası baş verib

Date: 15 November 2016 12:07

Bakı. 15 noyabr. REPORT.AZ/ Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. "Report" Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən xəbər verir ki, hadisə rayonun Pirvahid kəndi ərazisində qeydə alınıb. 
Quba rayon sakini Sahib Mircəfərovun idarə etdiyi "MAN" markalı yük maşını və Əzizağa Hüseynovun idarə etdiyi "VAZ-2109" markalı avtomobil toqquşub. Nəticədə "VAZ-2109"-un sürücüsü Ə.Hüseynov hadisə yerində ölüb.  
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Tags:  Qubada ölümlə nəticələnən yol qəzası baş verib

RƏYLƏR


Top news