Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Türkiyə baş naziri dekabrın əvvəlində Rusiyaya səfər edəcək

Türkiyə baş naziri dekabrın əvvəlində Rusiyaya səfər edəcək

Date: 15 November 2016 12:17

Bakı. 15 noyabr. REPORT.AZ/ Türkiyə baş naziri Binəli Yıldırım dekabr ayının ilk ongünlüyündə Rusiyaya səfər edəcək.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu, Binəli Yıldırımın may ayında baş nazir təyin edilməsindən sonra Rusiyaya ilk səfəri olacaq.
"Hürriyet" qəzetinin yazdığına görə, Rusiya baş nazir Dmitri Medvedevlə görüşündə B.Yıldırımın iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində növbəti addımları müzakirə edəcəyi gözlənilir.
Nəşrin verdiyi məlumatda gündəmdəki müzakirə mövzularına Rusiya və Türkiyə arasında ticarətdə milli valyutaya keçid, azad ticarət zonasının yaradılması, eləcə də turizmin inkişafı daxildir. Qəzet yazır ki, iki ölkənin baş nazirləri Suriya və İraqda İŞİD terror qruplaşmasına qarşı mübarizədə Rusiya-Türkiyənin əməkdaşlığını da müzakirə edə bilər.


Tags:  Türkiyə baş naziri dekabrın əvvəlində Rusiyaya səfər edəcək

RƏYLƏR


Top news