Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

Uşaqlar üçün TƏHLÜKƏ: Bakıda şirniyyatın içindən görün nə çıxdı - FOTOLAR

Uşaqlar üçün TƏHLÜKƏ: Bakıda şirniyyatın içindən görün nə çıxdı - FOTOLAR

Çörəyin içindən elə bir şey çıxdı ki,... - FOTO (20 Fevral 2017 14:13)
Bakıda zavod çörəyinin içindən elə bir şey çıxdı ki... (FOTO) (14 Fevral 2017 18:55)

Tarix: 15 Noyabr 2016 12:18

Paytaxt sakinlərindən birinin ərzaq mağazasından aldığı “Dişləmə” nanəli noğulun içindən ip çıxıb.

Publika.az xəbər verir ki, hadisə bu gün baş verib.

Belə ki, Bakı sakinlərindən biri çayla içmək üçün paytaxtın Binəqədi rayonu, II Mədən küçəsi ünvanında yerləşən, istehsalçı A.Kərimov tərəfindən qablaşdırılmış “Dişləmə” nanəli noğulu aldıqda şirniyyatın içindən çıxan sapı gördükdə gözlərinə inana bilməyib. O bildirib ki, məhsulun içindən belə əşyanın çıxması müəssisənin fəaliyyətinin hansı səviyyədə olduğunu əks etdirir.

Şirniyyat məhsulunun paketinin üzərində yazılmış telefon nömrəsi ilə əlaqə saxladıqda bildirdilər ki, məhsulun istehsalçısı başqa müəssisədir: “Biz qablaşdırma ilə məşğul oluruq. Şirniyyatın istehsalçısı başqasıdır. Biz onu hazır formada alaraq sadəcə qablaşdırırıq. Əgər belə bir şey aşkarlanıbsa, bu, həmin məhsulu satan adamın problemidir. Məsələni aydınlaşdırarıq görək niyə belə olub. Və yəqin ki, bununla bağlı lazımi tədbir görüləcək”.

Belə şəkər məhsullarını daha çox uşaqların xoşladığını nəzərə alsaq, adıçəkilən məhsulun təhlükəsi ikiqat artmış olur. Şübhəsiz ki, bu sap azyaşlıların nəfəs borusunda qalaraq onların həyatı üçün böyük təhlükə yarada bilər.

Anar Tağıyev,

Fotolar müəllifindir










Teqlər:  Uşaqlar TƏHLÜKƏ Bakıda şirniyyatın içindən görün çıxdı FOTOLAR



RƏYLƏR


Top xəbərlər