Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan telekanalı 9 yaşını qeyd edir - FOTO

Azərbaycan telekanalı 9 yaşını qeyd edir - FOTO

Date: 15 November 2016 12:22

2007-ci il noyabrın 15-də Xaçmazdan yayıma başlayan "ARB Şimal" telekanalı qısa müddətdə ölkə mediasında peşəkar fəaliyyəti ilə nüfuz qazanıb.

Televiziya kanalı respublikamızın şimal bölgəsində yayımlanır.

"ARB Şimal" artıq 2 ildir ki, altı bölgə televiziyasının bir araya gəlməsi ilə yaradılan, ölkənin ən böyük media tərəfdaşlıq layihəsi olan ARB TV-də (Azerbaijan Republic Broadcaster - Azərbaycanın Respublika Yayımçısı) təmsil olunur.

Telekanalın direktoru Məhsim Məhsimov bildirib ki, "ARB Şimal" tamaşaçılarına hər zövqə uyğun, bir-birindən maraqlı layihələr, ölkə və dünya gündəmini əks etdirən informasiya proqramları təqdim edir. Televiziya kollektivi uzun illərin təcrübəsinə malik peşəkar kadrlarla yanaşı, həm də istedadlı və perspektivli gənclərdən təşkil olunub. Televiziyada 100-ə yaxın əməkdaş çalışır ki, onların da 90 faizi şimal bölgəsini təmsil edir.

Məhsim Məhsimov bildirib ki, "ARB Şimal" ölkəmizdə rəqəmsal yayıma keçən ilk televiziya kanallarındandır. Telekanal artıq iki ildir ki, yayımını tam rəqəmsal formada həyata keçirir.

"ARB Şimal" Azərbaycandakı region televiziyaları üçün əlçatmaz hesab olunan bir çox uğurlara imza atıb. Fəaliyyəti dövründə televiziyanın istehsalı olan bir sıra layihələr müxtəlif yerli və beynəlxalq festivallarda uğur qazanıb. Xəbərlər, İctimai-Sosial Proqramlar Departamenti yerli xəbərləri dolğun və operativ işıqlandırdığına görə "Media açarı - 2010" mükafatına layiq görülüb. Televiziyada hazırlanan videoçarxlar "Azərbaycan ailəsi-2011", "Azərbaycan ailəsi-2015" film festivallarında qalib olub. Bununla yanaşı, televiziya dəfələrlə ilin region kanalı seçilib, bir sıra beynəlxalq festivallarda nailiyyətlər qazanıb.

Milli.Az




Tags:  Azərbaycan telekanalı yaşını qeyd edir FOTO

RƏYLƏR


Top news