İspaniyadan Lənkərana xoş xəbər - REPORTAJ

İspaniyadan Lənkərana xoş xəbər - REPORTAJ
12:29 15 Noyabr 2016
80 Digər
Ölkə mətbuatı
A- A+

Jalə Əliyevanın 13 yaşı var. APA TV-nin cənub bürosunun məlumatına görə, Astara rayonunun Şiyəkəran kənd orta məktəbində oxuyan bu qızcığaz həm də Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdidir.
 
Jaləni bu sənət ocağına gətirən onun hələ uşaq yaşlarından kağız və karandaşa olan marağı olub. Aylar, illər ötdükcə Jalə Əliyevanın qəlbində artıq həvəskar yox, peşəkar rəssam olmaq istəyi yaranıb. Elə bu istəklə də o, təsviri incəsənətin sirlərinə daha mükəmməl öyrənməyi qarşısına məqsəd qoyub. Jalənin ayrı-ayrı janrlarda çəkdiyi rəsmlər dəfələrlə Lənkəranda və Bakıda keçirilən müsabiqələrdə sərgilənib.
 
Bu yaxınlarda isə uzaq İspaniyadan Lənkərana gələn xoş soraq təkcə Jalənin valideynlərinin deyil, onun müəllim və sinif yoldaşlarının, rəfiqələrinin də sevincinə səbəb olub. Bu ölkənin paytaxtı Madrid şəhərində dünyanın 147 ölkəsindən olan uşaqların əl işlərinin nümayiş etdirildiyi beynəlxalq rəsm müsabiqəsində Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin şagirdi Jalə Əliyevanın da əl işi sərgilənib. “Dünya üçün texnologiya” mövzusunda keçirilən sərgidə 13 yaşlı azərbaycanlı rəssamın “İnternetin insan həyatında rolu” adlı kompozisiyası münsiflər heyəti tərəfindən yüksək dəyərləndirilərək mükafata layiq görülüb.
 
Sənət müəlliməsi Günay Talışinskayanın sözlərinə görə, Jalə hər şeyə öz zəhməti və istedadı sayəsində nail olub: "Biləndə ki, İspaniyada yeniyetmə rəssamların rəsm müsabiqəsi keçirilir, qərara aldıq ki, Jalənin əsərini ora təqdim edək. Müsabiqənin mövzusu internetin uşaqların həyatındakı roluna həsr edilmişdi. Məlum məsələdir ki, internet bu gün bizə çox kömək edir. Əvvəllər biz vaxt çox itirirdik, kitablardan və jurnallardan axtarmaq çox lazım gəlirdi. İndi isə istənilən mövzu barədə internet vasitəsilə məlumat almaq rahatdır. Uşaqlar göy qurşağını çox sevirlər, elə Jalə də rəsm əsərində göy qurşağını təsvir etdi".
 
Jalə Əliyeva isə İspaniyada qazandığı uğuru barədə bunları dedi: "Bizə İspaniyadan təklif gəldi ki, “İnternetin insan həyatında rolu” mövzusunda şəkil çəkib müsabiqəyə göndərək. Mən belə bir şəkli çəkməmişdən əvvəl düşündüm ki, internetin uşaqların həyatında müstəsna rolu var. İnternet uşaqlara dərslərini öyrənməkdə böyük kömək göstərir. Mən də rəsmi çəkərkən orada göy qurşağının təsvirini daha qabarıq verdim. Çünki göy qurşağı rəngarəng olur. Beləcə, həmin rəsmi İspaniyaya göndərdik. Əsərim bəyənildi və oradan mənə diplom göndərildi".
 
Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin direktoru Adil Əsədli yetirməsinin uğurlarına sevindiyini, onun yaradıcılığının inkişafından böyük məmnunluq duyduğunu bildirib: "Jalə Əliyeva məktəbimizin ən istedadlı şagirdlərindəndir. Onun bu möhtəşəm müsabiqədə yer tutması təkcə bizi deyil, bütün Azərbaycanı sevindirir. İspaniya kimi Avropanın ən möhtəşəm bir ölkəsində, dünya incəsənətinin beşiyi sayılan bir məkanda bizim xüsusi mükafat qazanmağımız qürurvericidir".
 
Adil müəllim həmçinin bildirib ki, bu, məktəbin yetirmələrinin qazandıqları ilk və sonuncu uğur deyil: "Biz hər il 3-4 xarici ölkədə, o cümlədən Avropanın tanınmış ölkələrində diplomlar, sertifikatlar, medallar qazanırıq. Bundan əvvəl şagirdimiz Yaponiyada “Dünya uşaqların gözü ilə” rəsm müsabiqəsində xüsusi mükafata layiq görülüb. Çində keçirilən rəsm müsabiqəsində də uğur əldə etmişik.  Çexiya Respublikasında keçirilən rəsm müsabiqəsində isə şagirdimiz Aliyə Əmənovanın çəkdiyi rəsm əsəri “Qran Pri” mükafatını qazanıb. Hazırda Yunanıstanda keçiriləcək rəsm müsabiqəsinə hazırlaşırıq.  İnanıram ki, həmin sənət yarışmasında da  şagirdlərimiz Azərbaycanı ləyaqətlə təmsil edib, medallarla Vətənə qayıdacaqlar".
 
Biz də öz növbəmizdə  istedadlı gənc rəssam Jalə Əliyevaya və onun təhsil aldığı Lənkəran şəhər Uşaq Rəssamlıq Məktəbinin müəllim və şagird kollektivinə yeni yaradıcılıq uğurları diləyir,  xoş sədalarının daim yüksəklərdən gəlməsini arzu edirik.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün

Proqnozlar Bürosu: “Azərbaycanda növbəti iki gün ərzində güclü külək olmayacaq”

26 Aprel 2017 12:12

Elçin Əhmədov: "AŞPA-nın Türkiyə ilə bağlı ədalətsiz qərarı..."

26 Aprel 2017 12:12

Türkiyənin Jandarmeriya qüvvələrinin komandanı Azərbaycanda səfərdədir

26 Aprel 2017 12:12

SOCAR Kot-d’İvuarda qaz terminalının tikintisinə kömək edəcək

26 Aprel 2017 12:12

Nazir: "S.Ərəbistanı Azərbaycanla əməkdaşlığın genişləndirilməsində maraqlıdır"

26 Aprel 2017 12:12

Uşaqlar arasında suçiçəyinin yayılması ilə bağlı RƏSMİ AÇIQLAMA

26 Aprel 2017 12:12

"Accessbank" yeni kart məhsulunu istifadəyə verib

26 Aprel 2017 12:12

“Müharibə partiyası qalib gəlir” - Moskvadan HƏYƏCAN TƏBİLİ

26 Aprel 2017 12:08

Prezident İlham Əliyev səudiyyəli naziri qəbul edtdi

26 Aprel 2017 12:08

"Türkiyə tələbə deyil ki, kimsə ona müəllimlik etsin"

26 Aprel 2017 12:05

"Hər gün onun qərarını dəyişməyə çalışıram"

26 Aprel 2017 12:05

Ermənistanda Azərbaycan almalarını tələsik məhv edirlər

26 Aprel 2017 12:05

"Bura Vətəndir" Zərdabda - Amil Xəlil 102 yaşlı nənə ilə..

26 Aprel 2017 12:03

Mərkəz direktorunun müavini: "Bu il Azərbaycanda 5 886 nəfər suçiçəyinə yoluxub"

26 Aprel 2017 12:02

Uşaq bağçaları investisiya yatırmaq üçün uğurlu seçimdir - MÜSAHİBƏ

26 Aprel 2017 11:59

Azərbaycanda uşaqlar arasında təhlükəli xəstəlik yayılıb?

26 Aprel 2017 11:59

"Rabitə işi": təqsirləndirilən şəxsin vəkilləri məhkəməyə gəlməyib

26 Aprel 2017 11:57

Erməni hərbçisi pulemyotla özünü vurdu

26 Aprel 2017 11:57

İrəvan Bakının anons etdiyi üçtərəfli görüşdən imtina edir, Nalbəndyan getmir

26 Aprel 2017 11:57

"Rabitə İşi" yenə təxirə düşdü: 7-Cİ DƏFƏ

26 Aprel 2017 11:54

Stalin azərbaycanlılardan niyə QORXURDU? - Putinin türk xofu və Moskvaya “ÖLÜMCÜL ZƏRBƏ”

26 Aprel 2017 11:53

Qadının appendisitindən görün nə çıxdı...

26 Aprel 2017 11:53

Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub

26 Aprel 2017 11:52

Meneceri: "Robert Prosineçki ilə "Bursaspor" yox, İspaniya klubları maraqlanır"

26 Aprel 2017 11:52

Bakıda küləyin binanın üstündən atdığı gəncin ADI BİLİNDİ

26 Aprel 2017 11:49

Sevgili axtaran müğənni ona qovuşdu - FOTO

26 Aprel 2017 11:48

Türkiyədə FETÖ-yə qarşı keçirilən əməliyyatda 1009 nəfər tutulub

26 Aprel 2017 11:47

Qubada müəllim oteldə məktub yazaraq damarlarını kəsib

26 Aprel 2017 11:47

"Türkiyəli iş adamlarının Azərbaycana investisiyaları 9 mlrd. dolları ötüb"

26 Aprel 2017 11:47

Bakıda “Sahibkarlar Günü”nə həsr olunmuş konfrans keçirilib

26 Aprel 2017 11:42

Məşhur müğənni anasını itirdi - FOTO

26 Aprel 2017 11:42

Maltanın "Eurovision-2017" təmsilçisi: "Azərbaycana səfər etməyi arzulayıram"

26 Aprel 2017 11:42

Rusiyada "xalq istiqrazları"nın satışına başlanılıb

26 Aprel 2017 11:42

Kənan və Samirə cütlüyünüdən yeni FOTOları

26 Aprel 2017 11:42

"Aeroflot"da ancaq arıq qadınlar işləyə bilər? - FOTO

26 Aprel 2017 11:37

Rusiya Britaniyanı nüvə silahı ilə hədələdi

26 Aprel 2017 11:37

“Google” rəyləri istifadəçi dilinə tərcümə edəcək

26 Aprel 2017 11:35

Fərqanə Qasımova solo konsert verəcək

26 Aprel 2017 11:34

Aktyorun evindən 1 çamadan narkotik tapıldı – FOTOLAR

26 Aprel 2017 11:33

Azərbaycanlı gəlin namizəd bikinidə - FOTO

26 Aprel 2017 11:32

"AZERNEWS" qəzetinin növbəti nəşri çapdan çıxıb - FOTO

26 Aprel 2017 11:32

Azərbaycanda iki nəhəng şirkət arasında məhkəmə çəkişməsi başa çatıb

26 Aprel 2017 11:32

60 yaşlı məşhur polkovnik 5-ci dəfə evləndi - FOTO

26 Aprel 2017 11:29

Bakıda dəhşətli avtomobil qəzası

26 Aprel 2017 11:29

Azərbaycanda 2025-ci ildə əmtəə qaz hasilatı 40 mlrd. kubmetrə çatacaq

26 Aprel 2017 11:27

Çin səfiri: "Azərbaycan İpək Yolu regionunda əhəmiyyətli ölkədir"

26 Aprel 2017 11:27

Vasif Talıbov nazir müavinini işdən çıxarıldı

26 Aprel 2017 11:27

Bakıda “BMW” dəhşətli qəza törətdi: ölən və yaralananlar var

26 Aprel 2017 11:24

Yeni dəb - Şəffaf cinslər - FOTOLAR

26 Aprel 2017 11:23

Türkiyədə cibgirlər azərbaycanlı tələbəni soydular - FOTO

26 Aprel 2017 11:22