Azərbaycan basketbol yığmasının bazası yoxdur

Azərbaycan basketbol yığmasının bazası yoxdur
12:32 15 Noyabr 2016
80 İdman
Ölkə mətbuatı
A- A+

Bakı. 15 noyabr. REPORT.AZ/ Bu gün basketbol üzrə Azərbaycan milli komandasının yeni baş məşqçisi Samit Nuruzadə Milli Olimpiya Komitəsində mətbuat konfransı keçirib. 
"Report"un məlumatına görə, gənc mütəxəssis əvvəlcə ölkədə basketbolun inkişafı istiqamətində görüləcək işlərdən danışıb. O deyib ki, qarşısına yeniyetmə basketbolçuların inkişafına nail olmaq məqsədi qoyulub: "Məndən əvvəl vəziyyət fərqli idi. Hazırda 5 illik inkişaf proqramı hazırlanıb. Bu proqramı bir neçə mərhələyə bölə bilərik. Bu işi ağac hesab etsək, 5 ildən sonra yaxşı meyvə almaq üçün suyunu, gübrəsini bol etməliyik. Yığma üçün basketbolçular yetişdirməliyik. İlk növbədə, məktəb basketbolunu inkişaf etdirməliyik. Hazırda bu var, amma inkişaf getməlidir. İkincisi, U-14, U-16 və U-18 komandaları üçün istedadlı uşaqlar toplamalı, onlarla daha çox çalışmalıyıq. Üçüncüsü, komandaların, yarışların, oyunların sayı artırılmalıdır. Dördüncüsü, gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarında iştirak etməliyik. Beşinci məsələ gənclərdən ibarət komandalarımızın Avropa çempionatlarında çıxış etmələridir. Altıncısı, məşqçilərin sayı çoxalmalıdır. Nəhayət, 2020-ci il kişilərdən ibarət yığmamızın ili kimi qəbul olunmalıdır. Hər federasiyada çətinliklər var. Əl-ələ verib bunların öhdəsindən gəlməliyik".
Baş məşqçi daha sonra yığma komandaların nəticələrindən və görülən işlərdən söz açıb: "2015/2016 mövsümündə U-16 yaş qrupunda 9, U-14 yaş qrupunda 13 komandanın iştirakı ilə yarışlar keçilirib. Burada seleksiya işləri aparmışam. Mən gələn gündən seleksiya ilə məşğul oluram. Rumıniyanın "Styaua" komandasında oynayan azərbaycanlı 16 yaşlı basketbolçu var. İki idmançımız Gürcüstan çempionatında çıxış edir. Bizdə milliləşdirilmiş futbolçular var. Amma iki nəfərdən başqa hamısı Azərbaycan basketbolunun yetirməsidir. 2 gürcü, 9-10 yaşından Bakıda yaşayan 2 türk, 2 yaşından burada olan amerikalı basketbolçular var. U-16 və U-18-lə Avropa çempionatında çıxış etdik. Bundan əvvəl U-16 Xəzəryanı ölkələrin liqasına çağırılmışdı. İki tur artıq bitib. İndi daha iki tur qalıb. Biri Türkmənistanda, digəri Azərbaycanda olmalıdır. İndi Təşkilat Komitəsi ilə söhbətlər gedir. Nəticədə ikinci yerdəyik. Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsinə təşəkkür edirəm. Bizim yarışlarda iştirak etməyimizə imkan yaradırlar. Bu il U-16 və U-18 Avropa çempionatının C qrupunda çıxış edib. U-16 birinci, U-18 isə ikinci olub".
S.Nuruzadənin sözlərinə görə, basketbolun inkişafı üçün ilk növbədə, məktəblərdən başlamaq lazımdır. O, yığma komandaların məşqi, Azərbaycanda basketbol yarışlarının keçirilməsi üçün bazanın olmamasından söz açıb: "Bizim məktəb zallarından çıxmaq fikrimiz yoxdur. Çünki materialımızı oradan götürürük. Məşqçilərin orada çalışması çox önəmlidir. Hər bir idman növündə olduğu kimi, bizdə də problem var. Məsələn, bazamızın olmaması. Ancaq bu, şikayət deyil, problemin öhdəsindən gəlirik. Yaxşı olardı ki, öz bazamız olsun. Azərbaycanda basketbol zalları çoxdur. Maddi kömək məsələlərinə 5 illik inkişaf proqramından sonra baxılacaq. Hansı səbəblərəsə görə bizim milli çempionatımız o qədər də güclü deyil, amma iş aparılır. Gəncləri gücləndirsək, çempionatımız da güclü olacaq. 4-5 ildən sonra çempionatımızın əvvəlkindən də yaxşı olduğunu görəcəksiniz. Ölkə çempionatında bölgələrdən "Araz Naxçıvan" iştirak edir. Ancaq regionlarda məhz uşaqlar üçün yarışlar keçirilir. Çünki siyasətimiz gənclərlə bağlıdır. Universitetlərin komandalarının olması, Azərbaycan çempionatında iştirakları çox gözəl olardı. Amma tələbələr arasında çempionat var. Bu, qarşımıza qoyulan böyük suallardan biridir. Bu barədə söhbətlər olur və bunu davam etdirəcəyik. Ancaq indi daha gənc idmançıların inkişafından söhbət gedir. Üstəlik, komandalar üçün xaricdə təlim-məşq toplanışları nəzərdə tutulub. Bu, inkişaf üçün çox önəmlidir".
Bundan başqa baş məşqçi Azərbaycan basketbolçularının xarici klublarda çıxış etmələri istiqamətində görülən işlərdən də danışıb: "İspaniyada da çalışmışam. Onlar orta boyludurlar, bizimkilərdən daha alçaqdırlar. Bizim U-16 komandalarımızda problem ucaboylularla bağlıdır. Balaca boylularda problem yoxdur. Ender Polad Çexiya klubundadır. Əkbər Məmmədovun qolunda zədə var. Zədəsini sağaltdıqdan sonra o da Çexiyaya getməlidir. Avropada qazandığımız nəticələrə görə bizdə basketbola diqqət ayrılır. Fikrimcə, kütləviliyə görə basketbol Azərbaycanda ikinci yerdədir. Əgər əvvəl 10 nəfərdən 2-si basketbola gəlirdisə, indi hər 10 nəfərdən 4-ü gəlir".

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Obyektivdə Çindir - FOTO

25 İyul 2017 06:32

Dneprdə silahlı insident - Ölən və yaralananlar var

25 İyul 2017 05:48

Donald Tramp Rusiyaya qarşı sanksiyaları götürmək niyyətində deyil - Ağ ev

25 İyul 2017 05:47

CNN: Tillerson istefa verəcək

25 İyul 2017 05:39

Rəssamın yeməli modası - FOTO

25 İyul 2017 05:32

Avropa çempionatının biletləri satışda

25 İyul 2017 04:48

İsrail “Əl-Aksa” məscidi ilə bağlı mühüm qərar verdi

25 İyul 2017 04:34

Köhnə binada müasir mənzil - FOTO

25 İyul 2017 04:32

Lənkəranda BƏDBƏXT HADİSƏ

25 İyul 2017 03:48

İsrail Məscidi-Aksadakı metal axtaran qurğuları sökür

25 İyul 2017 03:37

Sadəcə, küçə instalyasiyaları - FOTO

25 İyul 2017 03:32

Türkiyə sahillərində zəlzələ

25 İyul 2017 03:09

Bakıda partlayış - Xəsarət alanlar var - FOTO/VİDEO

25 İyul 2017 03:08

Bakıda sərnişin avtobusu qəza törətdi - FOTOLAR

25 İyul 2017 02:53

BMT Donbasa sülhməramlı kontingent göndərməyi planlaşdırmır

25 İyul 2017 02:43

Alberta Ferretti-dən yeni kolleksiya - FOTO

25 İyul 2017 02:32

Xiyar, limon, nanə…

25 İyul 2017 02:17

Alimlər Ayda su tapıb? - AÇIQLAMA

25 İyul 2017 02:08

Bakıda partlayış baş verib

25 İyul 2017 01:52

İŞİD başçısının real varislərindən biri İraqda öldürülüb

25 İyul 2017 01:46

Qətər Türkiyə və ABŞ ilə birgə hərbi təlim keçirəcək

25 İyul 2017 01:42

Həndəsə motivli ev - FOTO

25 İyul 2017 01:32

Antalyada partlayış - Yaralılar var

25 İyul 2017 01:23

Heç vaxt rastlaşmadığınız "sehrli" RESEPT -

25 İyul 2017 01:22

“Qəbələ”nin cavab matçının başlama saatı bəlli oldu

25 İyul 2017 01:14

Azərbaycanda əcnəbilərin uşaqlarının doğumuyla bağlı YENİLİK

25 İyul 2017 01:03

Sərnişin havada təyyarənin qapısını açmağa cəhd göstərdi

25 İyul 2017 00:53

Pentaqon Türkiyədən izahat tələb etdi

25 İyul 2017 00:49

Qurban Qurbanov: "Ən vacib oyunlarımızdan birinə çıxacağıq"

25 İyul 2017 00:48

Bakıda maşrut avtobusu qəzaya uğrayıb, xəsarət alan var

25 İyul 2017 00:47

ABŞ S-400 raketləri almaq istəyən Türkiyədən açıqlama tələb edib

25 İyul 2017 00:22

10 yaşlı qız abort etdirmək üçün icazə istəyir -

25 İyul 2017 00:16

Astroloji proqnoz - 25 iyul

25 İyul 2017 00:13

Hamamda halı pisləşən kişi xəstəxanada ölüb

25 İyul 2017 00:05

"Onun əla zərbələri var"

25 İyul 2017 00:05

Sevgilisi: "İrəmin reklama ehtiyacı var?!"

25 İyul 2017 00:05

Sorensen karyerasını başa vurdu

25 İyul 2017 00:05

Günün qoroskopu: yaxın adamlarınızla ciddi münaqişələriniz ola bilər

25 İyul 2017 00:05

Sevgilisi Selenanı bir gün sonra təbrik etdi - FOTO

24 İyul 2017 23:57

Zidan Danilonun əvəzinə müdafiəçi istəmir

24 İyul 2017 23:57

Alimlər Ayda su olduması ehtimalını təsdiqləyən yeni faktlar aşkarlayıblar

24 İyul 2017 23:57

Hamamda halı pisləşdi, öldü

24 İyul 2017 23:54

"Süd məhsulları istifadə etmirəm ki, gözəl qalım"

24 İyul 2017 23:52

"Çox pul xərcləyib bir şeyə nail olmamaq zəiflik əlamətidir"

24 İyul 2017 23:52

Azərbaycan neftinin son qiyməti -

24 İyul 2017 23:49

"Gündəlik ətalətdən uzaqlaşmaq istəyirdim"

24 İyul 2017 23:47

"Onun "Milan"a keçməsini gözləmirdim"

24 İyul 2017 23:42

Əvvəllər satıcı işlədiyi mağazada klip çəkdirir - foto

24 İyul 2017 23:42

Ərdoğan: "İsrail atdığı addımlarla səhvə yol verir"

24 İyul 2017 23:37

Qaxda yanğın olub

24 İyul 2017 23:37