Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada ölüb

Date: 15 November 2016 12:32

Ağstafa. 15 noyabr. REPORT.AZ/ Ağstafa rayonunda zəncirvari yol qəzasında xəsarət alan 6 nəfərdən biri xəstəxanada ölüb. "Report"un məlumatına görə, hadisə rayonun Daşkəsəmən kəndi ərazisində baş verib.
Belə ki, Ağstafa rayon sakini Vaqif Ələkbərovun idarə etdiyi "Opel", Qazax rayon sakini İmamverdi Məmmədovun idarə etdiyi "VAZ-21063" və Bakı şəhər sakini Raqi Əsgərovun idarə etdiyi "KİA" markalı avtomobillər toqquşub. Nəticədə ikisi kişi, dördü qadın olmaqla 6 nəfər xəsarət alıb. 
Yaralılar - Vaqif Ələkbərov, İman Məmmədov, Rahilə Poladova, Ceyran Poladova, Aybəniz İsrafilova, Hürü Bayramova Ağstafa Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdiriliblər. Yaralılardan biri - Vaqif Ələkbərov aldığı bədən xəsarətləri ilə xəstəxanada ölüb. 
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Tags:  Ağstafada yol qəzasına düşən şəxs xəstəxanada ölüb

RƏYLƏR


Top news