Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Kreml rəsmisi: "Putin Ulyukayevin saxlanması ilə bağlı əməliyyatdan xəbərdar olub"

Kreml rəsmisi: "Putin Ulyukayevin saxlanması ilə bağlı əməliyyatdan xəbərdar olub"

Date: 15 November 2016 12:37

Bakı. 15 noyabr. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin ölkənin iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin saxlanması ilə bağlı əməliyyatın əvvəlindən etibarən baş verənlərdən xəbərdar olub.
"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
"Əlbəttə ki, prezidentə məruzə edilib. O, hər şeydən xəbərdardır. Təcili əməliyyatın əvvəlindən prezidentə məruzə edilmişdi. Başqa sözlə, o, tam məlumatlandırılıb. Amma bir daha qeyd edim ki, bu, ciddi ittihamlardır. Onların nə dərəcədə əsaslı olub-olmadığına məhkəmə qərar verəcək", - deyə D.Peskov vurğulayıb.
Xatırladaq ki, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayev "Başneft"in dövlət səhmlərinin "Rosneft"ə satılması ilə bağlı sövdələşmənin müsbət qiymətləndirilməsi üçün 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham edilir. Məlumata görə, nazir hazırda həbsdədir və ona qarşı istintaq-əməliyyat tədbiri həyata keçirilir. 


Tags:  Kreml rəsmisi Putin Ulyukayevin saxlanması bağlı əməliyyatdan xəbərdar olub


RƏYLƏR


Top news