Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Sovetski"də təmir başladı

"Sovetski"də təmir başladı

Date: 15 November 2016 12:43

Bakı şəhəri Yasamal rayonunun "Sovetski" kimi tanınan ərazinin 26 hektarında, Füzuli meydanından Nərimanov prospektinə qədər və Təzəpir məscidi istiqamətində yollar genişləndirilir, inşaat və abadlıq işləri aparılır.

“Azəravtoyol” ASC-dən Publika.az-a verilən məlumata görə, bura 23 hektar sahədə yaşıllaşdırma və abadlıq işləri, 3 hektar sahədə isə avtomobil yollarının tikintisi işləri daxildir.

Məqsəd hələ ötən əsr ərzində ölkə paytaxtının inkişafı ilə bağlı hazırlanmış şəhərsalma sənədlərinə uyğun olaraq, Füzuli küçəsini genişləndirilməklə Nərimanov prospekti ilə birləşdirəcək yeni prospektin salınması və həmin prospekt boyunca yaşıllıq zolaqlarının yaradılmasdır.

Sözügedən ərazilərdə “Azəravtoyol” ASC tərəfindən ümumi uzunluğu 6.1 km-ə yaxın olan 5 küçədə əsaslı şəkildə yenidənqurma işləri həyata keçirilir. Yenidənqurma işləri Balababa Məcidov, Abdulla Şaiq, Mirzəağa Əliyev, Füzuli küçəsinin davamı və Nərimanov prospektində aparılır.

Əvvəllər bu küçələrin ensiz olması, üstəlik bir-çox hissələrdə piyada səkilərinin olmaması avtonəqliyyat vasitələrinin, həmçinin vətəndaşların gediş-gəlişində xeyli çətinliklər yaradırdı.Yenidənqurma işləri çərçivəsində bu problemlər nəzərə alınaraq küçələr həm genişləndirilır, həm də geniş piyada səkiləri inşa edilir.

Bundan başqa ictimai nəqliyyat üçün 14 ünvanda “cib”liyin tikilməsi və müasir avtobus dayanacaqların qurulması, yol nişanlarının və məlumatverici lövhələrin quraşdırılması, habelə yolcizgi, yolgöstərici xətlərinin çəkilməsi işləri də nəzərdə tutulur.


Tags:  Sovetskidə təmir başladı

RƏYLƏR


Top news