Havalar bir az da soyuyacaq

Havalar bir az da soyuyacaq
12:46 15 Noyabr 2016
198 Şou
Ölkə mətbuatı
A- A+

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək. Arabir yağış yağacağı gözlənilir.

Bu barədə Axşam.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 8-10° isti, gündüz 10-13° isti, Bakıda gecə 8-10° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 85-95 % təşkil edəcək.

Azərbaycanın rayonlarında gözlənilən hava şəraitinə gəlincə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var.

Qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 4-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 2° şaxtadan 3°-dək isti, gündüz 5-9° isti olacağı gözlənilir.

Noyabrın 16-dan 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu tədricən 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.


Xəbərin orijinal ünvanı: http://axsam.az/?name=xeber&news_id=61162

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR